Kraliça Marqrete vidalaşdı, Danimarka yeni kralını gözləyir

Danimarkanın ən uzun müddət hakimiyyətdə olan monarxı Marqret bu gün vəzifəsini ilk oğlu Frederikə təhvil verəcək. 

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, tarixi hadisənin şahidi olmaq üçün on minlərlə insanın Kopenhagen küçələrinə toplaşacağı gözlənilir.

Marqrete 52 il kraliça kimi xidmət etdikdən sonra taxtdan imtina edən ilk Danimarka monarxı olub. Yeni il ərəfəsində verdiyi açıqlamada o,  "Mən qərar verdim, indi doğru vaxtdır. 14 yanvar 2024-cü ildə Danimarka Kraliçası vəzifəsindən istefa verəcəyəm. Mən taxt-tacı oğlum vəliəhd Frederikə həvalə edirəm"- deyib.

Rəsmi taxtdan imtina mərasimi Kopenhagendə saat 14:00-a planlaşdırılıb. Uzun müddət hakimiyyətdə olan monarx hökumətlə görüşdə taxtdan imtina bəyannaməsini imzalayacaq.

Baş nazir Mette Frederiksen taxtdan imtina etdikdən sonra saat 15:00-da Kristianborq sarayının eyvanında vəliəhd şahzadə Frederikin yeni kral olduğunu rəsmən elan edəcək.

Yeni monarxın kral X Frederik titulunu alacağı və xalqa nitqlə müraciət edəcəyi gözlənilir.