İlham Əliyev: Azərbaycan-Serbiya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Biz xoş ənənələrə əsaslanan, qarşılıqlı hörmət və dəstək kimi sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Serbiya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk.

Bunu Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə ünvanladığı təbrik məktubunda bildirib.

“Ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsi, səmərəli əməkdaşlığın və strateji tərəfdaşlığın gündən-günə genişlənməsi bizi çox sevindirir. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyimizi xüsusi qeyd etmək istərdim” – dövlət başçısı qeyd edib.