Türkiyə və Gürcüstan XİN rəhbərləri Ermənistan-Azərbaycan normallaşmasını müzakirə edib

Türkiyədə səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili həmkarı Hakan Fidanla Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsini müzakirə edib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə XİN başçısı Hakan Fidan Darçiaşvili ilə görüşdən sonra birgə mətbuat konfransında bildirib.
Nazir onu da qeyd edib ki, Abxaziya və Cənubi Osetiya məsələləri Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Darçiaşvili də regionda sülhün möhkəmləndirilməsi istiqamətində ortaq səylərin müzakirə edildiyini qeyd edib. O, Türkiyənin Gürcüstanın ən böyük ticarət tərəfdaşı olduğunu xatırladıb. Əlavə edib ki, ölkələr arasındakı əlaqələrin tam potensialının istifadəsi üçün hər iki ölkənin aidiyyəti qurumları arasında əlaqələr dərinləşdirilməlidir.