Hakan Fidan Baydenin müşaviri ilə müzakirə aparıb

Türkiyə xarici işlər naziri Hakan Fidan Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, tərəflər iki ölkə arasındakı münasibətlərdə əldə olunacaq irəliləyişin Cənubi Qafqaz üçün həlledici olacağını vurğulayıb.
Bundan əlavə, görüş zamanı Qəzzada vəziyyət və Rusiya-Ukrayna müharibəsi də müzakirə edilib.