Elnur Məmmədli: Hidayət çətin insandır, amma sözünə əməl etdi
Yusif Nəzərli
07:10 30.07.2024
İdman
673
Hidayətin Fransada yerli idmançını məğlub etməsi, Azərbaycan bayrağını qaldırması, Dövlət Himnini səsləndirməsi bizi ikiqat sevindirir.
Sherg.az xəbər verir ki, bunu Report-a Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli Hidayət Heydərovun (73 kq) Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı danışarkən deyib.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı, xalqımızı təbrik edirəm. Hidayət gözəl və ağıllı güləş nümayiş etdirdi. O, artıq Avropa, dünya və olimpiya çempionudur. Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə və Azərbaycan Cüdo Federasiyasına minnətdarlığımı bildirirəm. İdmançılarımız hər şəraitlə təmin olunublar. Cüdo Federasiyasında sistemli iş gedir. Hidayət isə çətin insandır. Amma şükürlər olsun ki, verdiyi sözlərə əməl etdi, qarşısına qoyulan tapşırığı yerinə yetirdi. Böyük qələbədir. Çox sevinirəm. Onun üzərində hamının və mənim də əziyyətim var”, – deyə ACF rəsmisi vurğulayıb.
Vitse-prezident Fransada yerli idmançı ilə görüşməyin çətin olduğunu diqqətə çatdırıb: “Rəqibin itirəcək heç nəyi yox idi. Amma Hidayət Avropa və dünya çempionudur, reytinqdə ilk pillədədir. Fransalı cüdoçu var gücü ilə güləşirdi. Tribuna da ona dəstək olurdu. Əsas qələbədir. Cüdoçumuz bunu əldə etdi”.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mübariz Əhmədoglu təcili üzr istəməlidir - Kamran Ramazanlı
20:21 21.11.2026
Cəmiyyət
Çinli gənc milyarder sərvətinin 90 faizini itirdi
19:55 21.11.2026
Dünya
“Qalatasaray” “Samsunspor”u məğlub edərək yeni rekorda imza atıb
19:23 21.11.2026
Futbol
Türkiyədə zəncirvari qəza: 14 nəfər yaralandı
19:03 21.11.2026
Hadisə
Aktrisa boşandığı həyat yoldaşı ilə yenidən bir arada - FOTO
18:51 21.11.2026
Şou
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol