Ənənəvi tərəfdaşlarımızla əməkdaşlıq heç də həmişə faydalı olmayıb.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Bəhreyndə keçirilən “Manama dialoqu” beynəlxalq forumunda çıxış edərkən bildirib.
Kostanyan Türkiyə ilə münasibətlərin tənzimlənməsində səmimi olduqlarını qeyd edib.
O, həmçinin bəyan edib ki, erməni xalqının Avropa istəkləri var:
“Sərhədlər açılsa, Gömrük İttifaqının üzvü olan Türkiyə Ermənistanla AB arasında körpü ola bilər”.