
Tramp Zelenskini güzəştə məcbur edir - ŞƏRH
Yusif Nəzərli
06:28 04.02.2025
Dünya
443
Rusiya atəşkəsə gedəcəksə, tutduğu əraziləri geri verməyəcək
"Ukrayna sülhə həmişəkindən daha yaxındır". Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Teleqram kanalında yazıb. Zelenski vurğulayıb ki, biz mübarizə aparırıq, dayanırıq, sülhü yaxınlaşdırmaq üçün hər şeyi edirik: "Bu gün sülhə üç ildəkindən daha yaxınıq". Zelenski əlavə edib ki, Ukraynanın müharibə vaxtı 200 milyard dollar dəstək aldığı haqda deyilənlər doğru deyil: “Mən bilmirəm, bütün bu pullar haradadır. Ola bilsin, deyilənlər yalnız sənəd üzərindədir”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp müharibə dövründə Ukraynaya NATO ölkələrindən 200 milyard dollar vəsait xərcləndiyini açıqlayıb.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna-Rusiya müharibəsinin dayandırılması üçün Rusiya ilə danışıqlar aparıldığını qeyd edib. Ekspertə görə, Tramp təfərrüatlar barədə danışmayacağını vurğulayıb:

"Dövlət katibi Marko Rubio həm Ukraynanın, həm də Rusiyanın güzəştə getməyinin vacib olduğunu bəyan edib. Tramp danışıqlar yolu ilə müharibənin dayandırılmasına çalışır. Onun bu açıqlamasından sonra Rusiya Ukraynaya genişmiqyaslı raket və aviasiya zərbələri endirib. Ukraynanın hərbi-strateji obyektlərini vurub. Görünür, Tramp Zelenskini güzəştə məcbur edir. Rusiya atəşkəsə gedəcəksə, tutduğu əraziləri geri verməyəcək. Tramp Ukrayna Prezidenti Zelenskiyə təzyiq etmək üçün Rusiyanın iki gün ərzində genişmiqyaslı hücumuna səssiz qalıb. Rusiya ilə danışıqlara getməklə Tramp Avropanın təhlükəsizlik arxitekturasına böyük zərbə vurub. Almaniya, Böyük Britaniya, Fransa və digər Avropa ölkələri Ukraynaya hərbi yardım etməsələr, Trampın Ukraynanı Putinə güzəştə getməsi mümkün ola bilər".
Siyasi şərhçiyə görə, Tramp XIX əsrdə əsası qoyulmuş Monro doktrinasına qayıtmaq ssenarisini işə salıb:
"Monro doktrinasına görə, ABŞ Avropanın işinə qarışmır, Amerika qitəsinə tam nəzarəti üzərinə götürür. Demək olar ki, Avropa İttifaqının təhlükəsizliyi və NATO-nun mövcudluğu sual altındadır. Ağ Evin siyasi qərarlarını dəyişmək üçün Putin rusiyalı yəhudi lobbisinin vasitəsilə Trampa təsir edə bilməsini istisna etmək olmaz. Fransa Prezidenti Makron NATO-ya güvən olmadığını və Avropa İttifaqının özünün ordusunu qurmağı təklif edirdi. Fransanın təklifi reallaşa bilər. Çünki NATO-nun fəaliyyətini Tramp iflic edib. Avropa ölkələri Rusiyaya qarşı tam birləşə və Ukraynaya ordu yeridə bilərlər. Ancaq ABŞ Ukraynaya ordu yeritmək əvəzinə, Qəzza zolağına və Ermənistana hərbi heyət göndərir. Rusiya-Ukrayna müharibəsinin Kiyevin lehinə dəyişməsi üçün Avropa ölkələri tam həcmdə Ukraynaya dəstək olmalıdır. Əks halda Tramp Avropa İttifaqını dörd il ərzində zəiflədə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual