
Tehran kursunda tələsir: Ermənistanın Azərbaycana qarşı apardığı siyasət İrana xatırlatma olmalıdır
13:26 04.04.2025
Region
417
Ermənistan və İran silah təchizatı, kəşfiyyat məlumatlarının mübadiləsi və digər təhlükəsizlik aspektləri sahəsində əməkdaşlıq qura bilər. Bu sözləri Ermənistan-İran Əməkdaşlığının İnkişafı Fondunun rəhbəri, iranlı ekspert Pouya Hüseyni aprelin 3-də mediaya açıqlamasında deyib. O bildirib ki, İran Ermənistana hərbi-texniki yardım göstərməyə hazırdır:
“Belə əməkdaşlığa mane olan üçüncü tərəflər (bunlar Qərb ölkələri və ya digər ölkələr ola bilər) bizim əlaqələrimizə qarışmamalıdır”. Hüseyni xatırladıb ki, İran və Ermənistan arasında ticarət dövriyyəsi 300 milyon dollardan 700 milyona qalxıb: “Tərəflər bu rəqəmi 3 milyard dollara qaldırmaq niyyətindədir”.
Politoloq Tofiq Abbasov “Sherg.az”a deyib ki, Ermənistan bölgədə aqressiv siyasət yürüdən məmləkətdir:

“Ermənistan Vətən savaşından sonra hərbi potensialının yetmiş faizini itirib. Hazırda isə Fransa, Hindistan və İran kimi ölkələrin ciddi-cəhdlə Ermənistana silah ötürməsinin şahidi oluruq. Tehran və İrəvan arasında faktiki olaraq müttəfiqlik münasibətlərinin olması heç kəsə sir deyil. Onlar öz planlarını elə aparırlar ki, regionda özünəməxsus güc mərkəzi yaratsınlar. Azərbaycanın Türkiyə, Gürcüstanla yaxın olması İran və Ermənistan tərəfində normal qarşılanmır. Ona görə də İrəvan və Tehran özlərinin daha da yaxından iş birliyi qurmasına çalışırlar. İran siyasətinin bir tələskənliyi var. Çünki Ermənistan həqiqətəndə təkcə Türkiyə və Azərbaycana deyil, eyni zamanda İslam birliyinə qarşıdır. Ermənistanda heç bir müsəlman xalqı yaşamır. Ermənistan cəmiyyəti dözümsüzdür, tolerantlıqdan uzaqdırlar və irqi, dini, etnik zəmində özlərini hər kəsdən üstün sayırlar. Buna görə də onların digər millətlərə və dini qurumların hamısına nifrəti mövcuddur. İran isə bütün bunları nəzərə almalıdır. Ermənilər tarix boyu İran hökümətlərinə dönük çıxıblar və fitnə-fəsad yaradıblar”.
Ekspert qeyd edib ki, ümumiyyətlə, aqressiv siyasət yeridən ölkələrin hakim dairələrinə, hərbi təsisatlarına dəstək vermək lazım deyil:
“Ermənistanın Azərbaycana qarşı apardığı siyasət hamıya, xüsusilə də İrana xatırlatma olmalıdır. Ermənistanın dini və siyasi institutları, Qriqoryan Kilsəsi nifrət zəmnində qurulub. Ermənistan kimi başıpozuq ölkəyə dəstək verməyin adı yoxdur və düzgün hərəkət deyil. Yolun sonunda İranın özü də proseslərdən əziyyət çəkə bilər. Azərbaycanın isə Prezident İlham Əliyevin dediyi kimi heç kəsin torpaqlarında gözü yoxdur. Azərbaycan gözəl başa düşür ki, dünyada ən yaxşı qonşuluq siyasətidir. Qonşuluq siyasətini daima yaşatmaq və davam etdirmək çox önəmlidir. Məsələn, Azərbaycanla İran arasında müəyyən anlaşılmazlıqlar olsa da, iqtisadi cəhətdən münasibətləri inkişaf etdiririk. Çünki Azərbaycanın bu sahələrdə meyarları sağlam, yanaşması obyektivdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə