Narkomanların müalicəsi məcburi olacaq
Yusif Nəzərli
05:03 06.04.2025
Region
401
Cinayət qanununa “Sosial müdafiə tədbirləri” adlanacaq və narkomaniyadan əziyyət çəkən şəxslərin məcburi müalicəsi məsələlərini tənzimləyən yeni fəsil əlavə edilir.
24News.ge xəbər verir ki, müvafiq dəyişikliklər parlamentdə “Gürcü arzusu”nun təşəbbüsü ilə irəli sürülmüş narkotiklərlə mübarizə paketində öz əksini tapıb.
Məsələ artıq parlamentin ikinci oxunuşunda müzakirəyə çıxarılıb.
Sessiyada Hüquq Məsələləri Komitəsinin sədri Arçil Qorduladze qeyd edib ki, məcburi müalicə elə müəyyən ediləcək ki, prokurorun müraciəti əsasında müvafiq komissiya şəxsin narkomaniyaya meylli olması ilə bağlı məsələyə baxacaq – ona icbari müalicə təyin edilməsinin məqsədəuyğun olub-olmadığını müzakirə edəcək. Nəticə hakimə təqdim olunacaq, narkomaniyadan məcburi müalicə təyin edilməsi ilə bağlı yekun qərarı hakim verəcək.
Qorduladzenin sözlərinə görə, hökumətin qərarı ilə insanın məcburi müalicəsinin hansı xəstəxanada, hansı qayda və şərtlərlə aparılması müəyyən ediləcək.
Qeyd edək ki, narkomaniyadan əziyyət çəkən şəxs məhkəmənin çıxardığı qərardan apellyasiya şikayəti vermək imkanı əldə edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə