Rəsmi Bakı İsraillə Türkiyənin mövqelərini uzlaşdıra bilər - ŞƏRH
Yusif Nəzərli
08:54 12.04.2025
Siyasət
534
“Fələstin davası” gərginlik yaratsa da, əsas məsələ Türkiyənin İsrail ətrafında nüfuz dairəsinin genişlənməsidir
Türkiyə və İsrail rəsmiləri Suriyada arzuolunmaz insidentlərin qarşısının alınması üçün gərginliyin azaldılması mexanizminin yaradılması ilə bağlı dünən Azərbaycanda texniki görüş keçirdi. Yüksək çinli israilli məmur “Tayms of İsrail” nəşrinə açıqlamasında deyib ki, görüş zamanı İsrail Suriyada xarici qoşunların yerləşdirilməsi ilə bağlı hər hansı dəyişikliyin, xüsusən də Palmira ərazisində Türkiyə bazalarının yaradılmasının qırmızı xətt olduğunu açıqlayıb: “İsrail açıq şəkildə bildirdi ki, hər hansı bu cür fəaliyyətin qarşısını almaq Dəməşq hökumətinin üzərinə düşür. İsraili təhdid edən istənilən fəaliyyət Suriya Prezidenti Əhməd əş-Şaranın hakimiyyətini təhdid edəcək”.
İsrail Baş nazirinin Ofisi məlumat yayıb ki, Türkiyə ilə Suriya üzrə danışıqlar sabitliyi qorumaq məqsədi daşıyır: "Dünən gecə İsrailin milli təhlükəsizlik müşaviri Tzachi Haneqbinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda türkiyəli həmkarları ilə görüşüb. İsrail nümayəndə heyətinə Müdafiə Nazirliyi və təhlükəsizlik agentliyinin yüksək rütbəli rəsmiləri daxil olub". Netanyahunun ofisi danışıqlara ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edib: "İsrail mühüm danışıqlara ev sahibliyi etdiyinə görə Azərbaycana və Prezident İlham Əliyevə təşəkkür edir". Bildirilib ki, görüşdə hər bir tərəf regionda öz maraqlarını təqdim edib, regional sabitliyi qorumaq üçün dialoq yolunda davam etmək razılaşdırılıb: "Danışıqlarda tərəflər regionda öz maraqlarını təqdim etdi və onlar sabitliyi qorumaq üçün kommunikasiya kanalını açıq saxlamağa razılaşdılar".
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında deyib ki, Türkiyədə AKP hakimiyyətə gəldikdən sonra İsraillə münasibətlərdə qismən soyuqluq yaransa da, indiyə qədər münasibətlərin korlanması kritik həddə çatmayıb. Ekspert vurğulayıb ki, sözdə gərginlik “Fələstin davası” kimi olsa da, əsas məsələ Türkiyənin İsrail ətrafında nüfuz dairəsinin genişlənməsidir:
"Əslində bu məsələdə ən çox narahat olan tərəf məhz ABŞ idi. Ancaq bu istiqamətdə müəyyən yumşalmanın olduğunu görürük. İsrail baş naziri B.Netenyahunun ABŞ-yə səfəri zamanın prezident Donal Tramp açıq mətnlə Türkiyənin Suriyada mövqelərinin güclənməsinə isti yanaşdığını bildirdi. Netanyahuya Türkiyə ilə münasibətlərdə daha səmimi olmaq məsləhəti verdi. ABŞ prezidentinin cənab İlham Əliyevə ünvanlandığı etimad məktubu və İsraillə münasibətlərimizin yüksək səviyyədə olmasını vurğulaması da gələcəkdə Türkiyə -İsrail əlaqələrinə müsbət təsir göstərəcək. Fələstində hərbi əməliyyatların alovlanmasına qədər Azərbaycan Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasında xüsusi rol oynamışdı. Azərbaycanın barışdırıcı, ortaq dostluq nümunəsi siyasəti bundan sonra da davam edəcək. Ümid edirik, bizə dost-qardaş olan iki ölkənin münasibətləri yenidən öz məcrasına qayıdacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 milyona saçını yaşıla boyatdırdı
03:33 07.11.2026
Şou
Bu ölkəyə təşəkkür edirəm, bizə yardım edir - Putin
02:22 07.11.2026
Dünya
Tramp: İranla danışıqlarımız çox yaxşı gedir
01:50 07.11.2026
Dünya
Türkiyənin 34 vilayətində əməliyyat: 90 nəfər həbs olundu
01:31 07.11.2026
Region
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya