Azərbaycan XİN: ABŞ-nin İrana hücumundan narahatıq

ABŞ-nin İrandaki nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlığımızı ifadə edirik.

Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq",- bəyanatda qeyd olunur.