
Analitik: Türkiyənin HƏMAS-a dəstəyi bundan sonra da davam edəcək
14:04 23.09.2025
Dünya
364
Türkiyə cəmiyyəti HƏMAS-ı evlərini müdafiə etmək istəyən insanların hərəkatı kimi qəbul edir
Yaxın Şərqdəki geosiyasi proseslərdə Türkiyənin tutduğu mövqe, xüsusilə də Fələstin məsələsində sərgilədiyi açıq və prinsipial siyasət beynəlxalq münasibətlər sistemində diqqət çəkir. Ankara uzun illərdir Fələstin xalqına siyasi və humanitar dəstək göstərən əsas regional güclərdən biri kimi çıxış edir. Bu kontekstdə, HƏMAS hərəkatı ilə Türkiyə arasındakı münasibətlər həm bölgədəki hadisələrə, həm də Türkiyənin xarici siyasət prioritetlərinə təsir edir. Prezident Rəcəb Tayyib Ərdoğan da dəfələrlə bəyan edib ki, HƏMAS-ı terror təşkilatı kimi görmür, əksinə onu bir müqavimət hərəkatı kimi dəyərləndirir. “Fox News” telekanalına verdiyi müsahibədə o, HƏMAS-ın hərbi potensialının İsrailin hücumlarından müdafiə üçün yetərli olduğunu vurğulayıb.
Siyasi şərhçi Zeynal Əmrəliyev Sherg.az-a açıqlamasında HƏMAS hərəkatı ilə Türkiyə arasında çox yaxın münasibətlərin olduğunu söyləyib:

"Dəfələrlə HƏMAS rəsmiləri Türkiyə dövlət rəsmiləri ilə görüşlər keçiriblər. HƏMAS-la iki tərəfli münasibətlərin qurulması Türkiyə üçün mühim əhəmiyyət kəsb edir. Xüsusi ilə də HƏMAS-ın İranda öldürülən lideri İsmayıl Haniyənin Türkiyə ilə kifayət qədər yaxın münasibətləri var idi. O, dəfələrlə Ankaranı ziyarət edib və Türkiyə rəsmiləri ilə görüşlər keçirib. Türkiyə bu məsələ ilə bağlı mövqeyini heç bir zaman gizlətməyib. Ankaranın mövqeyi budur ki, İsrail işğal etdiyi Fələstin ərazilərindən çıxarılmalıdır. Türkiyə HƏMAS-a müqavimət hərəkatı kimi baxır. Məsələn İsrailə qarşı mübarizə aparan digər təşkilat-Livandakı Hizbullah hərəkatına Ankaranın münasibəti HƏMAS-dan fərqlidir. Hizbullah hərəkatına rəsmi Ankara çox da yaxşı münasibət bəsləmir".
Ekspert Türkiyə cəmiyyətinin HƏMAS-ın üzvlərini öz torpaqlarını, evlərini müdafiə etmək istəyən insanların hərəkatı kimi qəbul etdiyini bildirib:
"ABŞ-nin aparıcı media qrumunun açıqladığı bu məsələ heç də yeni fakt deyil. Türkiyənin HƏMAS-a dəstəyi yəqin ki, bundan sonra da davam edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region
Bakı-Naxçıvan reysləri təxirə salınıb
17:19 06.07.2026
Ölkə
NATO Baş katibi Mark Rutte Türkiyəyə gəlib
17:11 06.07.2026
Region
Bu il dövlət büdcəsinə 8 mlrd. manatdan çox vergi daxil olub
16:56 06.07.2026
İqtisadiyyat
Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub
16:47 06.07.2026
Futbol
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
16:38 06.07.2026
Region
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
16:35 06.07.2026
Ekologiya
Azərbaycan futboluna ağır itki: Əməkdar məşqçi vəfat etdi
16:29 06.07.2026
Futbol
Rusiya səfiri Azərbaycan XİN-ə çağrıldı, nota verildi
16:23 06.07.2026
Siyasət
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi
16:06 06.07.2026
Son dəqiqə
Ermənistan Pakistana ilk səfirini təyin edib
16:02 06.07.2026
Region
Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvana səfər edib
15:53 06.07.2026
Siyasət