AXP bələdiyyə seçkiləri ilə bağlı qərarını açıqladı
08:44 03.12.2024
Siyasət
491
"AXP-nin iştirakı üzvlərin öz mövqelərini sərbəst şəkildə müəyyənləşdirməsi şəklində həyata keçirilsin".
"Partiya üzvü bu seçkilərdə seçki məntəqələrinə getmək və ya getməmək, habelə seçkidə namizəd kimi iştirak barədə özü qərar qəbul edir".
Sabir baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyası 2025-ci ilin yanvarın 29-da keçiriləcək bələdiyyə seçkisində iştirakla bağlı qərarını açıqlayıb.
"Sherg.az"ın məlumatına görə, AXP-nin seçki ilə bağlı yaydığı bəyanatda bildirilib ki, bələdiyyə seçkiləri Azərbaycan cəmiyyətində uzun müddətdir müzakirə edilən və zəruriliyi barədə demək olar ki, ictimai konsensus olan seçki islahatı və yerli özünüidarə islahatı aparılmadan keçiriləcək.
Qeyd olunub ki, mövcud seçki komissiyalarına etimadın yoxluğu, yerli özünüidarə orqanlarının səlahiyyətsizliyi və faktiki olaraq formal xarakter daşıması bütövlükdə cəmiyyətdə və o cümlədən AXP üzvləri arasında bu seçkilərdə tam şəkildə iştiraka maraq göstərilməməsi ilə müşahidə edilir:
"Buna baxmayaraq AXP İdarə Heyəti seçkilərdən iştirakdan imtina haqqında siyasi qərarın verilməsini məqsədəuyğun hesab etmir. Bu seçkilərdən partiyanın proqram məqsədlərinin xeyrinə siyasi təbliğatın aparılması, partiya üzvləri və yerli strukturların fəallaşması üçün istifadə edilməsini mümkün sayaraq, eyni zamanda seçkilərlə əlaqədar siyasi, hüquqi və təşkilati şəraiti, şərt və resurs vəziyyətini dəyərləndirərək AXP-nin iştirakı üzvlərin öz mövqelərini sərbəst şəkildə müəyyənləşdirməsi şəklində həyata keçirilsin. Yəni hər bir AXP üzvü bu seçkilərədə seçki məntəqələrinə getmək və ya getməmək, habelə seçkidə namizəd kimi iştirak barədə özü qərar qəbul edir. Əgər AXP üzvü seçkidə namizədliyini irəli sürərsə və bu zaman partiya üzvlüyünü müvafiq seçki sənədlərində qeyd edərsə, bütövlükdə AXP və yerlərdəki strukturları və üzvləri onun seçilməsinə yardım göstərəcək. AXP yerli strukturları olduqları ərazilərdə seçkilərdə iştirak haqqında və namizədlərin irəli sürülməsi haqqında müzakirələr aparıb namizədlərin müəyyənləşdirilməsi barədə siyasi qərarlar verməkdə sərbəstdirlər".
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Xəbər lenti
Hamısına bax
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region