Azərbaycan və Belarus baş nazirləri arasında geniştərkibli görüş keçirilib
11:46 05.05.2025
Siyasət
284
Bu gün Azərbaycan və Belarus baş nazirləri Əli Əsədov və Aleksandr Turçin arasında geniştərkibli görüş keçirilib.
Nazirlər Kabinetindən Sherg.az-a verilən xəbərə görə, görüşdə tərəflər Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə ediblər və iki ölkə prezidentlərinin sıx təmasları və birgə səyləri nəticəsində müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişaf etdiyini vurğulayıblar.
İqtisadi-ticari əməkdaşlıq Azərbaycan-Belarus münasibətlərinin prioritet sahəsi kimi qiymətləndirilib. Ötən ilin yekunları üzrə qarşılıqlı ticarətin həcmində nəzərəçarpacaq artım müşahidə olunduğunu qeyd edən tərəflər əmtəə dövriyyəsinin artması tendensiyasının dəstəklənəcəyinə əminliklərini ifadə ediblər.
Qarşılıqlı ticarətin şaxələndirilməsinə, investisiya əməkdaşlığının artırılmasına xüsusi diqqət yetirildiyi vurğulanıb. Hökumətlərarası Komissiyanın həmsədrlərinə bu məsələyə prioritet diqqət yetirmək tapşırılıb.
Səfər çərçivəsində təşkil olunan birgə biznes forum da bu məqsədlərə xidmət edəcək və bu forum çərçivəsində müxtəlif sahələrdə qarşılıqlı faydalı layihələrə dair bir sıra sazişlərin imzalanması gözlənilir.
İki ölkə prezidentlərinin razılaşmaları və tapşırıqlarının icrası xüsusi vurğulanıb. Xüsusən də məntiqi surətdə başa çatdırılan bir sıra layihələrin uğurla inkişaf etdirilməsindən məmnunluq ifadə olunub.
Sənaye kooperasiyası sahəsində səmərəli əməkdaşlığı qeyd edən tərəflər Gəncə Avtomobil Zavodu ilə Belarusun aparıcı maşınqayırma müəssisələri arasında həm kənd təsərrüfatı, həm də kommunal avadanlıqların yığılması üzrə işlərin davam etdirilməsi və genişləndirilməsi məqsədilə qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetiriblər.
Tərəflər ötən ilin noyabrında COP29 iqlim konfransı çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsinə cəlb olunmuş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin ehtiyacları üçün Gəncə Avtomobil Zavodunda yanğınsöndürmə avadanlığının birgə yığılması üzrə məhsuldar əməkdaşlığı alqışlayıblar.
Belarusun Baş nazirinin səfər zamanı tanış olacağı Azərbaycanda birgə lift yığma zavodunun yaradılması layihəsinin uğurla həyata keçirildiyi vurğulanıb.
Tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlığın müsbət dinamikasını qeyd edərək, aqrar məhsulların tədarükünün şaxələndirilməsinə və hər iki tərəfdən artırılmasına qarşılıqlı surətdə hazır olduqlarını bildiriblər.
Bununla bağlı Minskdəki Azərbaycan Ticarət Evinin Azərbaycan məhsullarının Belarus bazarına ixracının genişləndirilməsində rolu qeyd olunub.
Sosial sahədə, o cümlədən dövlət xidmətlərinin göstərilməsi sferasında əməkdaşlığın inkişafı perspektivli sahə kimi qeyd edilib və görüşün yekunlarına dair bu istiqamətdə ikitərəfli sənədlərin imzalanmasının vacibliyi vurğulanıb.
Tərəflər dərman və baytarlıq preparatlarının istehsalı sahəsində uğurlu qarşılıqlı fəaliyyəti alqışlayıblar.
Mədəni-humanitar əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Hökumət başçıları qarşılıqlı ənənəvi Mədəniyyət günlərinin keçirilməsinin bərpa edilməsini, elmi, tələbə və gənclər mübadiləsini, həmçinin regionlararası qarşılıqlı fəaliyyətin genişləndirilməsini alqışlayıblar.
Elmi-texniki təcrübə mübadiləsi yolu ilə texniki peşə təhsili sahəsində əməkdaşlığın inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyi qeyd edilib.
Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Tərəflərin dövlət başçılarının tapşırıqlarının icrası istiqamətində gələcək birgə işə hazır olduqları təsdiq edilib.
Danışıqların yekunlarına dair sosial müdafiə, baytarlıq və sənaye kooperasiyası sahələrində bir sıra sənədlər imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm
Merz: Trampla mübahisə etmək mənasızdır
13:40 15.05.2026
Dünya
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
13:27 15.05.2026
Cəmiyyət
Temperatur düşür: Bakıya yağış yağacaq
12:47 15.05.2026
Ekologiya
Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib
12:37 15.05.2026
Gündəm
Paşinyan rusiyalı oliqarxdan üzr və 6 milyon tələb edir
12:10 15.05.2026
Gündəm