BMT sessiyasında İran və Ermənistandakı dözümsüzlük halları sərt tənqid olunub
Yusif Nəzərli
08:58 25.03.2023
Siyasət
633
İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İnsan Haqları Şurasının 52-ci sessiyası davam edir.
“Report” xəbər verir ki, martın 20-dən tədbirlərdə iştirak edən hüquq müdafiəçisi, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin eksperti Azər Həsrət həftəsonu toplantısında İranda azərbaycanlıların hüquqları və Ermənistanın etnik təmizləmə siyasəti haqqında danışıb.
Təəssüflə bildirilib ki, İran rəsmən İslam dövləti olsa da, dindən fars olmayan millətləri sıxışdırmaq üçün bəhanə kimi istifadə edir. Bəzi hesablamalara görə, İranda təqribən 30-40 milyon Azərbaycan türkü yaşayır. Lakin onların hələ də ana dilindən istifadə hüququ yoxdur. İran bu “azlıq” üçün türk dilində məktəb təşkil etmək məsələsində “sinifdə qalıb”. Daha dəhşətlisi isə odur ki, məktəb yaşına çatmış uşaqlar fars dilini bilməzsə, təhsil almaq üçün qeydiyyatdan keçə bilməzlər.
Diqqətə çatdırılıb ki, telekanallar da daxil olmaqla, İran mediası üçün ölkədə türk dilində danışan bütün insanlarını təhqir etmək adi haldır. İranın Azərbaycan türklərinin çoxluq təşkil etdikləri əyalətlərində iqtisadi vəziyyət ölkənin digər bölgələri ilə müqayisədə olduqca pisdir.
Qeyd olunub ki, hətta təbii fəlakət zamanı da İranın öz əhalisinə biganə yanaşıb. Belə ki, bu il yanvarın 28-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş vermiş zəlzələ zamanı İran hökuməti digər insanların oranın əhalisinə yardım etmələrini əngəlləyib. Hökumətin özü də ehtiyac içərisində olan insanlara yardım məsələsinə biganə qalıb.
Sonda vurğulanıb ki, İran kimi, Ermənistan da başqa millətlərə qeyri-tolerant münasibət bəsləyir, azlıqların insan haqlarına biganə yanaşma nümayiş etdirir. 1988-ci ildə və ondan sonra təqribən 230 min azərbaycanlı Ermənistanda etnik təmizləməyə məruz qalıb. Beləliklə, Ermənistan dünyanın azsaylı monoetnik ölkələrindən birinə çevrilib.
Qeyd edək ki, BMT-nin İnsan Haqları Şurasının 52-ci sessiyası fevralın 27-də başlayıb və aprelin 4-də başa çatacaq. Sessiyadadövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyətlərinin təmsilçiləri də iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual