Bosniya və Herseqovina ilə əməkdaşlıq üçün prioritetlər...
Yusif Nəzərli
07:58 13.04.2023
Siyasət
459
Azərbaycanla Bosniya və Herseqovina arasında investisiya, nəqliyyat-logistika, ticarət, sənaye, kənd təsərrüfatı, turizm, əczaçılıq və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün imkanlar var.
“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, nazir Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Bosniya və Herseqovinaya səfəri çərçivəsində bu ölkənin xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraçla keçirdiyi görüşdə bildirilib.
M.Cabbarov Azərbaycanda sahibkarlığın stimullaşdırılması və rəqabət qabiliyyətinin artırılması üçün görülən işlər, kiçik və orta biznesə dəstək mexanizmləri və digər tədbirlər nəticəsində qeyri-neft ixracında əldə olunmuş uğurları diqqətə çatdırıb, ixrac coğrafiyasının genişləndirilməsi baxımından Bosniya və Herseqovina bazarının Azərbaycan sahibkarları üçün cəlbedici və yeni imkanlar açdığını vurğulayıb. S.Koşaraç ikitərəfli iqtisadi münasibətlərin gücləndirilməsi perspektivləri, investisiyaların təşviqi, qeyri-neft sektorunda qarşılıqlı təcrübə mübadiləsi barədə fikirlərini bölüşüb.
Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədri xanım Boryana Krişto ilə görüşən M.Cabbarov Azərbaycanın bu ölkə ilə əlaqələrə önəm verdiyini, iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb. O, ölkəmizdə investisiya fəaliyyətinin təşviq edilməsi ilə bağlı görülən işlər, xarici investisiyalar üçün yaradılmış əlverişli mühit diqqətə çatdırıb, Bosniya və Herseqovina şirkətlərini fəal əməkdaşlığa dəvət edib.
B.Krişto isə Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayaraq, Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı ölkəmizin göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib. Söhbət zamanı Bosniya və Herseqovina şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı ifadə olunub.
Bosniya və Herseqovinanın Serbiyadan olan nümayəndə heyəti ilə keçirilən görüşdə Azərbaycanla iqtisadi münasibətlərin prioritet istiqamətləri, investisiyaların və ticarət əlaqələrinin təşviqi sahəsində perspektivlər barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Azərbaycanın Ticarət və Sənaye Palatası ilə Bosniya və Herseqovinanın Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi M.Cabbarov ilə Bosniya və Herseqovina Xarici Ticarət Palatasının Prezidenti Zdravko Marinkoviç imzalayıblar. Memorandum iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlavə imkanlar yaradacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə