Dudanın Makronsayağı davranışları Cənubi Qafqazla siyasətinə ciddi təsir göstərə bilər -ŞƏRH
13:47 28.11.2024
Siyasət
533
Noyabrın 28-də Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüş zamanı, Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib. Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə alət kimi geniş şəkildə sui-istifadə olunduğu xatırlanıb. Bu təxribatın Azərbaycan-Polşa münasibətlərinə zidd olduğu, Azərbaycanın legitim təhlükəsizlik maraqlarına təsir edən bu kimi addımlardan çəkinməyin zəruri olduğu diqqətə çatdırılıb.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, Avropa Birliyinin müşahidə missiyası adı altında fəaliyyət göstərən həmin qrupun işinə Azərbaycan Praqada görüşündə icazə vermişdi:
“Həmin qrupun fəaliyyətiylə bağlı konkret zaman müəyyənləşmişdi və onlar həmin vaxt çərçivəsində işini yekunlaşdırmalıydı. Yəni Ermənistan Azərbaycan qarşısında belə bir öhdəliyi öz üzərinə götürmüşdü. Buna baxmayaraq rəsmi İrəvan davamlı şəkildə həmin qrupun fəaliyyət müddətinin uzadılması ilə bağlı qərarlar çıxarır. Müşahidə missiyası altında fəaliyyət göstərən qrup da “Binokl diplomatiyası” həyata keçirməklə kəşfiyyat məlumatları toplamaqla məşğuldur. Onların yanına Fransa bayrağı olan avtomobillər yerləşdirilib. Fransa kəşfiyyatçıları da onlara qoşularaq faktiki şəkildə Azərbaycanla sərhəddə kəşfiyyat məlumatları yığırlar. Bu Azərbaycana qarşı qərəzli mövqedir. Azərbaycanla münasibətləri normal səviyyədə olan Polşa Prezidenti Andjey Dudanın müşahidə missiyasını ziyarət etməsi və onların fəaliyyəti ilə bağlı sözlər deməsi də kifayət qədər qərəzli yanaşmadır. Görünən odur ki, Polşa prezidenti hakimiyyətdən getməsinə az qalan bir vaxtda regionda gərginliyin artmasında maraqlıdır. Hesab edirəm ki, Duda özünü Fransa prezidenti Emmanuel Makronun yanında görür. Dudanın Makronsayağı davranışları onun Cənubi Qafqazla siyasətinə ciddi təsir göstərə bilər. Hətta Bakı və Varşava arasındakı münasibətlərə ciddi şəkildə xələl yetirər. Polşa regionda sülh və təhlükəsizliyə əngəl yaradacaq addımlardan qaçınmalıdır. Çünki belə addımlar onun öz ziyanınadır. Duda yaxşı bilir ki, Cənubi Qafqazın açar dövləti Azərbaycandır və rəsmi Bakıyla münasiblətləri pisləşdirmək Polşaya yaxşı heç nə vəd etmir”.
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Xəbər lenti
Hamısına bax
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm