
“Ərdoğan 1-ci turda qalib ola biləcək”
Yusif Nəzərli
07:31 01.04.2023
Siyasət
662
Keçirilən əksər rəy sorğuları daha çox onu göstərir ki, hazırkı iqtidarın tərəfdarları kifayət qədərdir
“Bizim üçün əsas odur ki, türk vətəndaşının seçkiyə münasibətini və seçki kampaniyasının coşğusunu öyrənək”
“Cümhur İttifaqı”nın namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu və Məmləkət Partiyasının sədri Məhərrəm İncənin prezidentliyə namizədliklərinə dair etiraz edilib. Yüksək Seçki Qurumunun sədri (YSK) Ahmet Yener bildirib ki, rəhbərlik etdiyi qurumda yekdilliklə bu etirazların əsassız olduğu müəyyən edilib və etirazlar rədd edilib. Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri 14 mayda keçiriləcək. Seçkiöncəsi müxtəlif şirkətlər rəy sorğuları keçirirlər. “Optimar” Araşdırma Mərkəzinin keçirdiyi son sorğuya görə, seçicilərin 47 faizindən çoxu hazırkı Prezident Rəcəb Tayyib Ərdoğana səs verməyə hazır olduğunu bildirib. Ərdoğanın əsas rəqibi, “Altılı masa”nın vahid namizədi Kamal Kılıçdaroğluna isə respondentlərin 45,3 faizi səs verəcəyini bildirib. Qeyd edək ki, “Optimar” bundan öncə 2014 və 2018-ci il seçkiləri və 2017-ci il referendumu barədə dəqiq proqnoz vermişdi.

Türkiyədə keçiriləcək seçkilərlə bağlı "Şərq"ə danışan Azərbaycan Demokratik Partiyasının sədr müavini Həsrət Rüstəmov bildirib ki, Türkiyədəki seçkilər öz demokratikliyi ilə bütün şərq ölkələri üçün nümunə hesab oluna bilər. Partiya təmsilçisinin sözlərinə görə, fikir müxtəlifliyi, azad rəqabət mühiti, insanlarda seçki coşğusunun yüksək olması olduqca diqqətçəkicidir: "Konkret namizədlər və bloklara gəldikdə isə nəticənin proqnozlaşdırılmasının asan olmadığı bir mübarizə ilə qarşı-qarşıyayıq. Əlbəttə, hər iki tərəfin üstünlükləri və çatışmayan tərəfləri var. Mən şəxsən uzun müddət hakimiyyətdə qalmasına baxmayaraq, həyata keçirdiyi mühüm milli və regional layihələrin davam etdirilməsi baxımından Ərdoğanın bir daha seçilməsini arzu edərdim. Türk seçiciləri arasında bu düşüncənin çoxluq təşkil etdiyini düşünürəm. Keçirilən əksər rəy sorğuları daha çox onu göstərir ki, hazırkı iqtidarın tərəfdarları kifayət qədərdir. Eyni zamanda müxalifətin yekdil olmaması, ortalığa ciddi bir fiqur olan Məhərrəm İncənin də çıxması onu deməyə əsas verir ki, Ərdoğan 1-ci turda qalib ola biləcək. Bizim üçün əsas odur ki, türk vətəndaşının seçkiyə münasibətini və seçki kampaniyasının coşğusunu öyrənək. Öz ölkəmizdə də vətəndaşımız siyasi proseslərə fəal müdaxilə etsin, passiv vəziyyətdə olmasın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə