
Ərdoğandan türk liderlərinə mesaj - ŞƏRH
10:35 12.11.2024
Siyasət
495
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci Zirvə görüşündə Ortaq Türk Əlifbası ilə bağlı səsləndirdiyi fikirlər diqqətimi cəlb etdi".
"Sherg.az"ın xəbərinə görə, bunu siyasi şərhçi, tanınmış jurnalist Bəybala Mirzəyev deyib.

Ekspert bildirib ki, Ortaq Türk Əlifbasının qəbul olunmasını türk dövlətlərinin ortaq istiqbalının, gələcəyə birgə addım atmalarının nişanəsi kimi qiymətləndirən Ərdoğan Türkiyə və Azərbaycanla yanaşı Quzey Kıbrıs Türk Cümhuriyyətini də birgə əlifbanın qəbul olunmasına hazırlıq baxımından örnək kimi göstərdi:
"Türkiyə liderinin bu bölgüsü onu göstərir ki, digər türk dövlətləri bu məsələdə müəyyən qədər passivlik göstərir. Məhz bu amili nəzərdə tutaraq Rəcəb Tayyib Ərdoğan Bişkekdəki çıxışında Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın da bu yeni əlifbaya keçid üçün real addım atmalarının vacib olduğunu bildirib. Ərdoğan bu fikrini sözügedən ölkələrin liderlərini incitməyəcək tərzdə, kifayət qədər yumşaq və nəzakətli formada səsləndirib: “Bu ilin sentyabr ayında 34 hərfdən ibarət Ortaq Türk Əlifbası qəbul olunub. Bu, tarixi bir addımdır. Ortaq Türk Əlifbası ortaq istiqbalımızın və gələcəyə addım atmanın nişanəsidir. Bundan sonra üzv ölkələr bu əlifbanı əsas götürərək geridönüş etməlidir. Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə və Azərbaycan Ortaq Türk Əlifbasına keçidə hazırdır. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın isə yeni əlifbaya keçid üçün təşəbbüs başlatması vacibdir". Türkiyə Prezidentinin Türküstanın (Mərkəzi Asiya) türk dövlətlərinin liderlərinə ünvanlanmış bu mesajı yerində və vaxtında qaldırılmış məsələdir. Əslində, Ərdoğan bu mesajı hətta biraz sərt formada da səsləndirə bilərdi. Çünki Türküstan ölkələri kiril əlifbasından qurtulmaq və ortaq Türkcəyə keçmək istiqamətində həqiqətən də olduqca ləng hərəkət edirlər. Türkmənistan isə ümumiyyətlə, özünü az qala qeyri-türk ölkəsi kimi aparır. Ümid edək ki, Ərdoğanın bu günkü yumşaq qınağı Türküstan ölkələrinin Ortaq Türk Əlifbasına keçid istiqamətində hazırlıq işlərində fəallaşmasına səbəb olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat