Ermənistan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
Yusif Nəzərli
15:50 23.05.2022
Siyasət
339
Mayın 23-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tərəflər 10 noyabr, 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların müddəalarının icrasını müzakirə ediblər.
Həmçinin, Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyanın yaradılması ilə bağlı məsələlər müzakirə olunub. Həmsöhbətlər regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının açıqlamsı məsələlərinə də toxunublar.
Mirzoyan Ermənistan və Azərbaycan arasında regional sülh və sabitliyin bərqərar olması prosesi ilə bağlı Ermənistanın mövqeyini təsdiqləyib.
Bununla yanaşı, XİN rəhbərləri Ermənistan-Rusiya əməkdaşlığının ikitərəfli və çoxtərəfli aspektlərinə dair məsələləri də müzakirə edib, qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlmiş addımlar ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual