Ermənistanda xaos dərinləşir! – Anlasınlar: “Sülh yoxdursa, inkişaf da olmayacaq”
Yusif Nəzərli
15:10 19.05.2022
Siyasət
674
44 günlük Qarabağ müharibəsindən sonra Ermənistandakı xaos daha da dərinləşməkdədir. Paytaxt İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalar səngimir. Həmçinin erməni dövlət orqanlarında mübhəm proseslər baş verir. Məsələn, İrəvanda Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) kapitanı intihar xəbəri yayılıb.
Belə ki, paytaxt ərazilərinin birinin həyətində kişi meyitinin tapılması barədə polis idarəsinə məlumat daxil olub.
MTX-də kapitan rütbəsi daşıdığı söylənilən 32 yaşlı Mamikon O.-nun ölümü araşdırılır.
Erməni kapitanın ölümü ilə bağlı fikirlərini "Sherg.az"la bölüşən politoloq Həsrət Rüstəmovun qənaətincə, gizli xidmət əməkdaşlarının intiharı həmişə sual doğurur:
"İstənilən ölüm hadisəsinin intihar olduğunu sübuta yetirmək üçün istintaq lazımdır. Bəlkə də, onu öldürüblər, intihar kimi qələmə veriblər".
İrəvandakı aksiyalardan söz açan H.Rüstəmov bildirib ki,Ermənistandakı vəziyyətin qarışıqlığı, Paşinyana qarşı qüvvələrin fəallaşmasının səbəbi Rusiya ilə əlaqəlidir:
"Onun başı Ukraynaya qarışıb.
Azərbaycan və Ermənistan arasında 44 günlük savaşdan sonra Rusiyanın indiyə qədər yubatdığı sülh müqaviləsinin imzalanması gerçəkləşməsin deyə, İrəvanda aksiyalar keçirilir.
Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altıda həyata keçirilən aksiyalardır. Sülhün imzalanmasını istəməyən qüvvələrin tələbləri Ermənistanın maraqlarına uyğun deyil.
Erməni xalqı başa düşməlidir ki, müqavilə imzalanmasa, sülh və əmin-amanlıq, inkişaf olmayacaq. Bu yalnız Rusiyanın maraqlarına cavab verir. MTX kapitanının intiharı da bu konteksdən dəyərləndirilməlidir.
Daxili gərginliyin sabitləşməsi üçün ya Rusiyanın tələbləri reallaşmalıdır, ya da hər hansı formada sülh müqaviləsi imzalanmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual