"Ermənistanın reinteqrasiya prosesinə müdaxiləsi qəbuledilməzdir"
Yusif Nəzərli
09:03 12.04.2023
Siyasət
593
"Ermənistanın reinteqrasiya prosesinə müdaxiləsi qəbuledilməzdir"
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O, qonağı Qarabağdakı ermənilərin reinteqrasiya prosesi barədə məlumatlandırdığını bildirib: "Danışıqlar bundan sonra da olacaq. Azərbaycan tərəfi görüşlərin Bakıda keçirilməsini təklif edib. Ancaq Ermənistanın reinteqrasiya prosesinə müdaxiləsi bizim üçün qəbuledilməzdir".
C.Bayramov vurğulayıb ki, ATƏT-in fəaliyyətdə olan sədrinə Qarabağda görülən yenidənqurma işləri barədə də məlumat verib: "Eyni zamanda mina təhlükəsinin davam etməsi, Ermənistanın mina xəritələrini hələ də təqdim etməməsi mövzusu da gündəlikdə oldu".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya