Fransalı siyasətçi:“Azərbaycanı erməni təxribatından qorumaq lazımdır”
Fransalı siyasətçi:“Azərbaycanı erməni təxribatından qorumaq lazımdır”
Yusif Nəzərli
11:59 28.03.2023
Siyasət
513
Fransanın xarici işlər naziri Ketrin Kolonnanın gələn ay Azərbaycana səfəri gözlənilir. XİN başçısının Bakıda bir sıra görüşlər keçirməsi planlaşdırılır. Məlumata görə, danışıqlarda Fransa-Azərbaycan münasibətləri ilə bərabər, Laçın yolundakı vəziyyət barədə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Cənubi Qafqaz səfərinə hazırlaşan Ketrin Kolonna Azərbaycanla yanaşı, Ermənistana da gedəcək.
Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Milli Assambleyasının keçmiş üzvü Jerom Lambert xanım nazirin Bakı səfəri barədə fikirlərini Modern.az-la bölüşüb.
O bildirib ki, fransalı nazirin bölgəyə gəlişi vəziyyəti dəyişməyəcək.
“Fransalı nazir həm Azərbaycana, həm də Ermənistana səfər edəcək. Amma şəxsən mən xanım nazirin gəlişindən heç nə gözləmirəm. Bunun bir neçə səbəbi var. Birinci səbəb olaraq bildirim ki, ölkəmizin siyasəti bu qədər balanssızdır. Bu illər ərzində Fransa hadisələri yalnız bir tərəfin mövqeyi əsasında görüb. İkinci tərəfə şans tanımayıb, ona görə düşünürəm ki, burada balansdan söhbət gedə bilməz”.
Fransalı siyasətçi hesab edir ki, XİN başçısının Azərbaycana gəlişi, sadəcə, balansı pozmamaq görüntüsü yaratmaq istəyidir:
“Mən düşünürəm ki, xanım nazir Azərbaycana gələnə qədər Ermənistan tərəfinin təxribatlarından qorunmaq lazımdır. Bu səfərə qədər erməni təxribatlarının çoxalmasından qorxuram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual