
Gürcüstanın Bakının ciddi dəstəyinə ehtiyacı var
Yusif Nəzərli
07:24 08.04.2023
Siyasət
618
İrakli Qaribaşvilinin Azərbaycana işgüzar səfəri ölkəsinə qarşı xarici təzyiqlərin fonunda reallaşır
Aprelin 7-də Prezident İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin olduğu qeyd edilib. Prezident İlham Əliyev keçən ilin oktyabrında Gürcüstana səfərini məmnunluqla xatırladıb və səfər zamanı aparılmış müzakirələrin əhəmiyyətini qeyd edib.
Dövlət başçısı bu səfərlər çərçivəsində görüşlərin məhz regionlarda keçirilməsinin çox önəmli və vacib bir ənənə olduğunu bildirib. Söhbət zamanı Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi enerji, infrastruktur layihələrinin əhəmiyyəti vurğulanıb. Bu xüsusda ölkələrimizin birlikdə reallaşdırdıqları enerji layihələrinin Avropanın enerji təhlükəsizliyində böyük rol oynadığı və bu enerji resurslarına tələbatın artdığı qeyd olunub. Həmçinin yol-infrastruktur layihələrinin həyata keçirilməsinin önəmi vurğulanıb və bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi, onun imkanlarının artırılması istiqamətində birgə aparılan fəaliyyət xüsusi qeyd olunub. Azərbaycanın və Gürcüstanın Orta Dəhlizdə önəmli rolu, bu xüsusda birgə səylərin göstərilməsinin vacibliyi vurğulanıb. Görüşdə ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığı və bu istiqamətdə əlavə tədbirlərin görüldüyü bildirilib. Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Azərbaycan ilə Gürcüstan arasında humanitar, mədəniyyət, təhsil, müdafiə sənayesi, hərbi, təhlükəsizlik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə deyib ki, Gürcüstan baş nazirinin Azərbaycana işgüzar səfəri əsasən, xarici təzyiqlərin fonunda reallaşır. Analitikin sözlərinə görə, son dönəmlər Gürcüstan hökumətinə qarşı ABŞ və Avropa İttifaqı sanksiyaları gündəmə gətirir:
"Bir neçə hakimə qarşı sanksiyalar tətbiq edilib. Gürcüstan xarici işlər naziri ABŞ Dövlət katibi Entoni Blinkenə məktub göndərərək sanksiyaların iki dost ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olacağını vurğulayıb. Qərbdən Gürcüstana ciddi təzyiqlər formalaşır. Hətta yeni inqilabın baş verməsi də gündəmdədir. Demək olar ki, Gürcüstan rəsmiləri Qərbdə arzuolunmazdır. Ölkə parlamentində "xarici agentlər" haqqında qanunun qəbul edilməsi və sonradan geri götürülməsi Qərbdə "Gürcü Arzusu" hökumətinə qarşı mənfi siyasi çalarların formalaşmasına səbəb olub. Rəsmi Tbilisi Rusiyanın maraqları kontekstində siyasət aparılmasında ittiham edirlər. Həqiqətən, Gürcüstan hökuməti Qərblə əlaqələri aşağı səviyyəyə endirərək, Rusiya Ukrayna müharibəsində sual doğuran və neytrallıqdan əlavə, Moskvanın tərəfdaşı kimi hərəkət etdi".
Ekspertə görə, Gürcüstan Qərblə Rusiyanın nüfuz uğrunda yenidən mübarizə mərkəzinə çevrilib:
"Azərbaycanın regionda həyata keçirdiyi unikal siyasət, Qərblə Prezident İlham Əliyevin münasibətlərinin yüksək olması İ.Qaribaşvilinin Azərbaycanın ciddi dəstəyinə ehtiyacı olduğunu göstərir. Azərbaycan Gürcüstanın yanında olub, daim dəstəyini ifadə edib. Qeyd edim ki, Gürcüstan Azərbaycan-Ermənistan arasında danışıqlar platforması ola bilər. Bu məsələ zamanla gündəliyə gətirilib. Qaribaşvilinin Nikol Paşinyanın hansısa xahişini Bakıya gətirməsi də istisna deyil. Bir sözlə, Cənubi Qafqazın hər iki ölkəsi - həm Gürcüstan, həm də Ermənistan Azərbaycandan asılı vəziyyətə gəlib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə