
İctimaiyyət rus hərbi birliklərinin Kürdəmir və ya Gəncədə yerləşməsinə hazır deyil-Analitik
12:05 22.11.2023
Siyasət
852
Yaxın Şərqdəki müharibə bölgəmizdə böyük qruplaşmaların yaranmasına səbəb olub.
Bu sözləri rusiyalı ermənipərəst politoloq, Yaxın Şərq məsələləri üzrə ekspert Stanislav Tarasov deyib.
O iddia edib ki, Azərbaycan artıq Rusiya ilə münasibətlərə fərqli baxır:
“Əgər əvvəllər Azərbaycan öz ərazisində Rusiyanın mövcudluğuna qarşı idisə, bu gün əksinə, Rusiyanın mövcudluğunun tərəfdarına çevrilir. Ermənilərin Rusiyanın yeganə müttəfiqi olmasından narahat idilər, amma Putin Əliyevlə işləməyə başladı. Gümrü bazası Ermənistandan çıxsa, Kürdəmirdə və Gəncədə dayanacağıq, buna əminəm”.
Stanislav Tarasovun fikirlərinə münasibət bildirən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a deyib ki, Azərbaycan ərazisindən rus ordusunun çıxarıldığı dönəmə diqqət etsək Rusiyanın tamamilə Avropa və Amerikadan asılı olduğunu görərik:
"Sərxoş Boris Yeltsinin Azərbaycanın rus ordusundan canını qurtarma fəaliyyətlərinə necə reaksiya verdiyi hər kəsə məlumdur. Amma bu gün Şimal qonşumuz Putin Rusiyasıdır. Eyni zamanda özünə müəyyən güc yığıb və dünyaya meydan oxuyur. Hətta dünyanı nüvə silahı ilə hədələyir. Belə bir Rusiyanın özbaşına Ermənistanı tərk etməsi qeyri mümkündür. Yəni Paşinyanın ağlı Yeltsin Rusiyasına getməsin. Rusiya Gümrüdən hərbi bazasını çıxarmaqdan çox Ermənistanı ələ keçirməyə üstünlük verər.
Azərbaycanda ictimaiyyət rus hərbi birliklərinin Kürdəmir və yaxud Gəncədə yerləşməsinə hazır deyil. Stanislav Tarasov "Regnum" informasiya agentliyinin əməkdaşıdır. "Regnum" agentliyi də ermənipərəst mövqe sərgiləyir. Buna görə də onun fikirləri başa düşüləndir. Baxmayaraq ki, Stanislav Tarasov Bakıda anadan olub və Azərbaycan çörəyi yeyib, yenə də ermənilərin tərəfindən daha çox çıxış edir".

Ekspert onu da vurğulayıb ki, Yaxın Şərqdə müharibə davam etdikcə, bölgəyə müxtəlif güclər toplanacaq:
"Fransa öz iştirakını Ermənistan başda olmaqla Cənubi Qafqazda möhkəmləndirməyə çalışacaq. Azərbaycan balanslaşdırılmış neytral mövqe olmağa davam edəcək. 2022-ci il fevralın 22-də İlham Əliyev Vladimir Putin ilə müqavilə imzalayıb. Bu müqaviləyə uyğun olaraq ölkələr arasında strateji əməkdaşlıq və digər məsələlərdə razılaşmalar əldə olundu. Amma bu Azərbaycanın bölgədə Rusiyanın müttəfiqi olması anlamına gəlmir. Çünki belə bir vəziyyət yaransa, ümumiyyətlə bütün dünyanın Azərbaycana qarşı münasibəti dəyişə bilər. Hətta Rusiyaya qarşı olan sanksiyaların Azərbaycana yönəldiyini də görərik. Buna görə də Azərbaycanın Rusiyanın müttəfiqi halına gəlməsinə ölkə rəhbərliyi, XİN və diplomatlar imkan verməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə