
İDDİA! – “İran Azərbaycanda məzhəb təəssübkeşliyi edir” – Təhlükəlidir!
Yusif Nəzərli
12:41 20.05.2022
Siyasət
483
“Bu məzhəb təəssübkeşliyi altında özünə güclü “5-ci kolon” formalaşdırıb”
“Ona görə İranın Azərbaycanın istər daxili, istər xarici məsələlərinə qarışması davam edəcək”
“Bu da istər-istəməz iki ölkə arasında münasibətləri gərginləşdirəcək”
Ötən gün Tehranda səfərdə olan Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə İran Prezidenti İbrahim Rəisi arasında görüş baş tutub. Keçirilən görüşdə İbrahim Rəisi Azərbaycanla iqtisadi, siyasi, mədəni və ticari əməkdaşlığın artırılmasını alqışladığını vurğulayıb. İ.Rəisi həmçinin Tehran-Bakı münasibətlərinə toxunaraq qeyd edib ki, İranın prinsipial mövqeyi bütün ölkələrin, o cümlədən Azərbaycanın birliyi və ərazi bütövlüyünü dəstəkləməkdir:
“İran və Azərbaycan arasında qarşılıqlı maraqlara əsaslanan konstruktiv münasibətlərin mövcudluğu regional təhlükəsizliyin qorunması və gücləndirilməsinə böyük töhfə verir. İran və Azərbaycan arasında qonşuluqdan daha çox ortaq mədəni və qohumluq əlaqələri mövcuddur. Ona görə də iki ölkə arasında yaxın münasibətlərə xələl gətirməyə çalışan hər hansı amilə yol verilməməlidir”.
Ş. Mustafayev isə öz növbəsində Prezident İlham Əliyevlə iranlı həmkarının Aşqabaddakı görüşünü xatırladaraq, bunu tarixi hadisə adlandırıb: “Bu görüşlə iki ölkə arasında münasibətlərin tarixində yeni səhifə açılıb”.
Şahin Mustafayev Azərbaycanın İranla əməkdaşlıq şəraitində qaz mübadiləsi potensialını artırmaq və eyni zamanda Türkmənistandan Azərbaycana elektrik mübadiləsi layihəsini İran üzərindən həyata keçirmək istədiyini bildirib.

Görüşün əhəmiyyəti barədə “Sherg.az”a danışan Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bildirib ki, Azərbaycanın Ermənistanla problemi olduğu müddətcə İran bunu ölkəmizə qarşı istifadə edəcək:
“ Azərbaycan Ermənistanla arasındakı problemi tam həll etdikdən və bütün ərazilərə de-fakto, de-yure nəzarət etdikdən sonra İranla münasibətlər daha uyğun çərçivədə ola bilər. Amma hələlik İran bacardıqca müqavimət göstərəcək ki, Azərbaycanın başı Ermənistan məsələsinə qarışsın. Çünki cənub qonşumuz porblemləri həll edilmiş, ərazi bütövlüyü bərpa edilmiş Azərbaycan görmək istəmir. Bundan sonra İran, Azərbaycanın onun daxili məsələlərinə münasibət bildirməsindən ehtiyat edir. Unutmayaq ki, İranda 40 milyona yaxın türk yaşayır. Onların da əksəriyyəti Azərbaycan kökənli türklərdir”.
Politoloqun fikrincə , hələ İranla problemlər yaşanacaq:
“Həm də unutmayaq ki, İran Azərbaycanda məzhəb təəssübkeşliyi edir. Bu məzhəb təəssübkeşliyi altında özünə güclü “5-ci kolon” formalaşdırıb. Ona görə İranın Azərbaycanın istər daxili, istər xarici məsələlərinə qarışması davam edəcək. Bu da istər-istəməz iki ölkə arasında münasibətləri gərginləşdirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual