İrəvanın absurd tələbləri gündəmdən çıxır
Yusif Nəzərli
07:20 28.03.2023
Siyasət
403
ABŞ və Avropa İttifaqının siyasi təzyiqləri fonunda Paşinyan sülh danışıqlarını davam etdirməyə məcburdur
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel martın 25-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Şarl Mişel Münhen Təhlükəsizlik Konfransı çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşü məmnunluqla xatırlayıb. O, üçtərəfli formatda keçirilmiş görüşlərdə müzakirə edilmiş müxtəlif məsələlərə toxunub. Şarl Mişel Avropa İttifaqının regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini deyib. Həmçinin Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb.
Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Prezident qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Dövlət başçısı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirildiyini bildirib. Ölkə rəhbəri Ermənistan rəhbərliyinin təhlükəli və eskalasiyaya yönəlmiş rəsmi açıqlamalarına, təxribatlara diqqət çəkib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel dövlət başçısı İlham Əliyevlə danışandan bir gün sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon əlaqəsi qurub. Mişel telefon əlaqəsi zamanı Paşinyana Brüssel formatında əldə olunan razılaşmaları xatırladıb. O, Paşinyanı kompromis üçün həll yolları axtarmağa və eskalasiya risklərinə səbəb ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırıb. Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşmasına dəstək olacağını vurğulayıb.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov "Şərq"ə bildirib ki, Prezident İlham Əliyev Şarl Mişellə telefon danışığı zamanı Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina daşınmasının intensivləşməsi məsələsinə toxunub. Prezident Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb, lakin eyni zamanda Ermənistan rəhbərliyinin revanşizmə aparan addımlarının və eskalasiyaya yönəlmiş rəsmi açıqlamalarının sülhə xidmət etmədiyini də diqqətə çatdırıb:
"Ermənistan vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürüdür.
Bütün bunlar əlbəttə ki, Azərbaycana öz təhlükəsizliyini təmin etmək məqsədilə lazımi tədbirlər görmək üçün əsas verir. Şarl Mişel Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Brüssel formatında əldə olunan razılaşmaları ona xatırladıb, Paşinyanı təxribatlardan çəkinməyə çağırıb. Lakin görünən budur ki, çağırışlar Ermənistanın təxribatlarının qarşısını almağa qadir deyil. Odur ki, Azərbaycan masada olduğu kimi sahədə də zəruri tədbirləri almaq haqqına sahibdir. Eskalasiyaya yönəlmiş rəsmi açıqlamaları ilə durumu hər gün daha da gərginləşdirən rəsmi İrəvan sərt tədbirlər görməkdən başqa bir yol saxlamır. Ermənistanı sülhə məcburetmə əməliyyatının həyata keçirilməsinə kritik məqamda start verilə bilər. Hələlik Bakı sülh və diplomatiya xəttini təmkinlə yürütməyə davam edir".
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə də "Şərq"ə deyib ki, Ermənistanla sülh Laçın yolunda Azərbaycanın post qurmasından sonra mümkün görünür. Yolda nəzarət-buraxılış məntəqəsinin qurulması separatçıların və Rusiyanın fəaliyyətini neytrallaşdıracaq.
Ermənistanla Azərbaycan arasında hərbi eskalasiya ABŞ dövlət katibi Entoni Blinkenin və Avropa İttifaqının prezidenti Şarl Mişelin hər iki ölkənin liderləri ilə telefon danışıqlarından sonra müəyyən qədər gündəmdən çıxıb. Ermənistan tərəfi danışıqlarda müəyyən üstünlüklərə yiyələnmək və Azərbaycana qarşı siyasi təzyiqləri artırmaq üçün lokal təxribatlara getməkdə maraqlıdır. Ancaq ABŞ və Avropa İttifaqının siyasi təzyiqləri fonunda Paşinyan sülh danışıqlarını davam etdirməyə məcburdur.
Hazırkı situasiyada Ermənistan hökuməti çalışır ki, Qarabağla bağlı təklifləri qəbul edilsin. Ancaq Azərbaycan tərəfi qəti siyasətini davam etdirməklə absurd tələbləri gündəmdən çıxarır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual