KİV: Bakı və İrəvan "böyük sülh"ün astanasında
Yusif Nəzərli
18:03 21.09.2024
Siyasət
438
Azərbaycan və Ermənistan Sovet İttifaqının dağılmasından sonra ilk dəfə münasibətlərinə yenidən baxmaq və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bir-birinin suverenliyini tanımaq imkanı əldə edib.
Oxu.Az xəbər verir ki, bu barədə Almaniyanın "Berliner Zeitung" qəzeti "Ermənistan və Azərbaycanın böyük sülh şansı var" sərlövhəli məqaləsində yazıb.
Məqalədə qeyd olunur ki, iki hərbi əməliyyat - 2020-ci ildki İkinci Qarabağ müharibəsi və 2023-cü il sentyabrındakı birgünlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan, de-fakto, Ukraynanın Qərbin milyard dollarlarla ölçülən maliyyə və siyasi dəstəyinə sahib olması ilə 2014-cü ildən uğrunda mübarizə apardığı şeyi əldə edib - 1991-ci ildə SSRİ-nin dağılmasından sonra beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz milli suverenliyini bərpa edib.
Məqalə müəllifi vurğulayır ki, Azərbaycan postsovet dövründə ilk dəfə bütün ərazisi üzərində suverenliyini həyata keçirir.
Müəllif, həmçinin Birinci Qarabağ Müharibəsinin 1988-ci ildə - hələ Sovet İttifaqı dağılmamış, Sovet Vətəndaş Müharibəsi kimi başladığını da xatırladır. "1994-cü ildə müharibə başa çatdıqdan sonra Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsi Ermənistanın işğalı altında qalmışdı", - o yazıb.
"Sovet İttifaqının dağılmasından sonra ilk dəfə tərəflər beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində öz qonşuluqlarını yenidən nəzərdən keçirmək imkanı əldə edib. Bakı və İrəvan hökumətləri, deyəsən, bunu başa düşür: tərəflər arasında dialoq gedir. Dövlət təhlükəsizlik xidmətlərinin rəhbərləri, habelə baş nazirin müavinləri, xarici işlər nazirlikləri və xarici siyasət məsələləri üzrə baş müşavirlər səviyyəsində təmaslar saxlanılır. İki ölkənin hökumət nümayəndələri artıq yeddiə yaxın görüş keçiriblər", - məqalədə deyilir.
Müəllif rəsmi açıqlamalara istinad edərək, Aİ və ya ABŞ-nin iştirakı olmadan Bakı ilə İrəvan arasında aparılan ikitərəfli danışıqlar formatının effektiv olmasına diqqət çəkir.
"Bildirilir ki, yaxınlarda Berlində daha bir görüş olacaq. Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi dialoq da, görünür, təmin edilib", - qəzet yazır.
Qeyd edilənlərin yekunu olaraq müəllif vurğulayır ki, noyabrda Bakıda keçirilməsi planlaşdırılan COP29 iqlim konfransına qədər sülh sazişinin imzalanıb-imzalanmayacağı hələ dəqiq deyil. "Lakin hər iki tərəf artıq diplomatik münasibətlərin qurulmasını müzakirə edir", - o yazıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm