KTMT "süni nəfəs aparatına" qoşulub
Yusif Nəzərli
05:24 18.05.2022
Siyasət
347
Son “zirvə toplantısı”nın yekun bəyanatı, bu təsisatın mahiyyət etibarilə öz ömrünü başa vurduğunu təsdiqləyir
Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin sammiti keçirilib. Kremldə keçirilən sammitdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin budəfəki iclasın yubiley tədbiri olduğunu xatırladıb. Putin MDB-yə KTMT yanında müşahidəçi statusunun verilməsini təklif edib. Qurum ölkələrinin liderləri qitədə gərginliyin azaldılmasını vacib hesab ediblər.
Sonra sammitin yekunu ilə bağlı bəyanat imzalanıb. Bəyanatda NATO ilə qarşılıqlı fəaliyyət, nasizm, irqçilik və ksenofobiya ilə mübarizəyə dair maddələr yer alıb.
Siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son “zirvə toplantısı”nın yekun bəyanatı, bu təsisatın mahiyyət etibarilə öz ömrünü başa vurduğunu təsdiqləyir. Analitikin sözlərinə görə, KTMT “süni nəfəs aparatına” qoşulub: “Yekun bəyanatda yer alan əsas detallar bunu sübuta yetirir. Bəyanatda Avrasiya regionunda “davamlı sülhün əldə edilməsi”nin vacibliyi və qurumun Avroatlantik Alyansla praktiki əməkdaşlığa hazır olduğu vurğulanıb. Burada diqqət çəkən bir vacib məqam var. Rəsmi Moskva “gərginliyin azaldılması” ilə bağlı özünün deyə bilmədiklərini KTMT-nin vasitəsilə ifadə edir. Bu, dolayısıyla Rusiyanın gərginliyə davam gətirmədiyinin, NATO ilə, hələlik bəlli olmayan şərtlər, yaxud güzəştlər çərçivəsində, praktiki əməkdaşlığa hazır olduğunun etirafıdır. Bəllidir ki, NATO KTMT-ni tərəf kimi qəbul etmir. Öz üzvləri tərəfindən hər kəlməbaşı ciddiliyi şübhə altına alınan bir təşkilatı hansı səbəblərdən tərəf saysınlar ki? KTMT-nin “zirvə toplantısı”nın görünən tərəfinə gözucu nəzər salmaq yetərlidir ki, üzvlərin zorla bir araya gətirildiyini, öz dediklərinə özlərinin belə inanmadığını müəyyənləşdirə biləsən”.
Analitik vurğulayıb ki, yekun bəyanatda Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı bircə kəlmə də yer almayıb:
“Moskvaya dilucu dəstək belə ifadə olunmayıb. Sadəcə, KTMT üzvlərinin “nasizmin qəhrəmanlaşdırılmasına cəhdlərə” qarşı birgə dayanacaqları bildirilib. Həm də nasizmi qəhrəmanlaşdıranların iştirakı ilə... Hər kəsə bəllidir ki, nasizmi qəhrəmanlaşdıranların başında ermənilər və onların Baş naziri Nikol Paşinyan dayanır.
Uzağa getmək, yaxud səslənmək lazım deyildi, elə iclasdaca hər kəsdən şikayətlənən Paşinyana demək lazım idi ki, “Nikol, get, Njdenin abidəsini cəhənnəmə vasil elə”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual