Millət vəkili: "Azərbaycan ikili standartlardan əziyyət çəkən ölkədir"
Millət vəkili: "Azərbaycan ikili standartlardan əziyyət çəkən ölkədir"
11:23 19.09.2024
Siyasət
498
"Ermənistana hələ də gözün üstə qaşın var deyən yoxdur. Əksinə, bütün sahələrdə ermənilərə dəstək verirlər".
"1990-cı illərin əvvəllərində böyük güclərin dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edən Ermənistan ərazilərimizi viran qoymaqla, talan etməklə, ölkəmizə milyardlarla manat ziyan vurmaqla, soyqırımlar törətməklə 28 ilə yaxın özünü rahat, sərbəst hiss edib. Ən azından özünü bu cür aparıb".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Vüqar İsgəndərov deyib.
Deputat bildirib ki, Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, ağıllı siyasəti və Ordumuzun rəşadəti sayəsində Ermənistan silahlı qüvvələri məhv edildi:
"Yaranmış mifi darmadağın etdik. Sadəcə regional yox, qlobal siyasətdə gücümüzü göstərdik və qlobal dəyişikliklərdə öz rolumuzu göstərdik. Təbii ki, Azərbaycanın möhtəşəm qələbəsi, 23 saatlıq anti-terror tədbirləri ilə torpaqlarını işğaldan azad etməsi Ermənistanın özü ilə bərabər onun himayədarlarını da, Qərb dövlətlərini də şok vəziyyətinə saldı. Qısa vaxt ərzində ölkəmizin uğurlu qələbələri, regionda yaratdığı yeni siyasi konfiqurasiya ABŞ başda olmaqla bəzi Qərb dövlətlərinin üstümüzə diş qıcamasına səbəb oldu. 28 il ərzində Minsk qrupu adı altında ABŞ, Fransa və Rusiya münaqişəni dondurmaq və konflikti Ermənistanın xeyrinə həll etmək üçün əlindən gələni etdilər. Biz sözün həqiqi mənasında dünyada haqq-ədalətin olmadığını, beynəlxalq hüququn işləmədiyini şahidi olduq. Ərazisi dağılan, insanları soyqırıma məruz qalan, mədəniyyəti, tarixi abidələri yerlə-yeksan edilən Azərbaycan olsa da, beynəlxalq aləmdən dəstək görən bu əməlləri törədən Ermənistandır. ABŞ, Fransa və digər ölkələr hər vəchlə Ermənistana dəstək verməyə çalışırlar. Kövrək sülhün stabil fazaya keçməməsi üçün əllərindən gələni etməyə çalışırlar. Bu marginal qruplar və dövlətlər Ermənistana maliyyə yardımı ayırmaqla, ona silah-sursat verməklə, ordusunu gücləndirməklə Azərbaycanın qələbəsi ilə heç cür barışa bilmədiklərini göstərirlər".
Parlament üzvü vurğulayıb ki, Qərbin Ermənistanla münasibətlərdə yeni Marşal planı hazırladığı görünür:
"Sadalananlar azmış kimi bugün Qərb dövlətlər, qaranlıq təşkilatlar açıq-aşkar Ermənistana ürək-dirək verir, onu ayağa qaldırır. Həm maliyyə, həm də hərbi yardım göstərməklə gələcəkdə yeni konfrantasiyanın təməlini qoyurlar. Ermənistanın qarşısında bir neçə məsələ qoyulub. Əgər İrəvan hökuməti real, səmimi sülh müqaviləsi imzalayacaqsa, öz konstitusiyasında dəyişiklik etməli, artıq gorbagor olmuş Minsk qrupunun ləğvinin zəruri olmasını qəbul etməlidir. Təəssüflər olsun ki, Ermənistan hələ də real addımlar atmır. Qərb də ara-sıra bəyanatlarında mövcud olmayan, arxayikləşmiş, mənasız, dəfn edilmiş Minsk qrupu haqqında danışır. Öz siyasətlərində ikili yanaşma sərgiləyirlər. Azərbaycan ikili standartlardan əziyyət çəkən ölkədir. Ermənistana hələ də gözün üstə qaşın var deyən yoxdur. Əksinə, bütün sahələrdə ermənilərə dəstək verirlər. Təbii ki, bu qəbuledilməzdir. Azərbaycan real sülhün, bölgədə təhlükəsizliyin, stabilliyin tərəfdarıdır. Ermənistan üzərinə düşən öhədlikləri icra edərsə, tələbləri reallaşdırarsa, bölgədə dayanaqlı sülhə nail olmaq mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
11:10 27.08.2026
Dünya
"Sabah"ın Çempionlar Liqasından qazancı 20 milyon avronu keçdi
10:57 27.08.2026
Futbol
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
10:21 27.08.2026
Ekologiya
FHN-dən güclü külək və yağışla bağlı XƏBƏRDARLIQ
09:51 27.08.2026
Ekologiya
Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR
09:48 27.08.2026
Hadisə
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
09:39 27.08.2026
Cəmiyyət
Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
09:37 27.08.2026
Elm və Təhsil
Nigar Fərhad saxlanılıb
09:26 27.08.2026
Hadisə
Köçəryan iki ay müddətinə həbs edilib
08:57 27.08.2026
Region
Britninin oğlu reklam siması oldu -FOTO
08:40 27.08.2026
Şou
Livan prezidenti strateji yüksəkliklərin orduya verilməsinə çalışır
08:08 27.08.2026
Dünya
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
07:37 27.08.2026
Sağlamlıq
Azərbaycanda bu ad cəmi 3 uşağa verildi
06:26 27.08.2026
Sosial
Soyuducunu təmizləyərkən bu səhvə yol verməyin
04:24 27.08.2026
Maraqlı
Bakıda böyüyən türk aktrisanın toyu oldu
03:51 27.08.2026
Şou