Millət vəkili: "Paşinyanın təxribatçı bəyanatları müharibəni qaçılmaz edir"
Turan
12:56 30.08.2019
Siyasət
686
“Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları və sərsəm bəyanatları onun beynəlxalq hüquqdan xəbəri olmadığını və siyasi meydanda təcrübəsiz olduğunu göstərir”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, Dağlıq Qarabağ və onun ətrafında işğal olunmuş 7 rayon Azərbaycan torpaqlarıdır:
“İşğal altındakı bu ərazilərin Azərbaycana aid olduğunu beynəlxalq ictimaiyyət də tanıyıb. Torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad edilməsi ilə bağılı BMT-nin 4 qətnaməsi qəbul olunub. Digər beynəlxalq təşkilatlarda da qəbul olunmuş qətnamə və qərarlarda da Azərbaycanın ərazi bütövlüyü tanınır. Münaqişənin danışıqlar yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəçilik edirlər. Həmsədrlər müəyyən məsələləri razılaşdıraraq danışıqlar prosesini aparırlar. Amma Paşinyanın son bəyanatları Minsk Qrupunun fəaliyyətini heçə endirir. Belə bir fon yaradır ki, o heç kimlə hesablaşmır. Paşinyanın sərsəm bəyanatları onun beynəlxalq təşkilatların fəaliyyətlərini tanımadığını göstərir”.
Parlament üzvünün sözlərinə görə, Paşinyanın təxribatçı bəyanatları müharibəni qaçılmaz edir:
“Azərbaycan heç vaxt öz torpaqlarında erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Bu gün Azərbaycanın kifayət qədər iqtisadi və hərbi gücü mövcuddur ki, öz ərazilərini işğalçılardan azad etsin. Lakin Azərbaycan beynəlxalq normalarına və təşəbbüslərinə hörmətlə yanaşdığından danışıqlar prosesində iştirakına davam etdirir. Paşinyanın bir-birinə zidd və danışıqların ruhuna uyğun olmayan təxribatçı açıqlamaları isə Azərbaycana imkan yaradır ki, hərbi gücümüzü işə salaq və ölkəmizin pozulmuş hüquqları bərpa edək. Əslində Paşinyanın ifadələri Ermənistandakı ağır siyasi-iqtisadi durumdan hiddətlənmiş erməniləri sakitləşdirmək mahiyyəti daşıyır. Bütün bunlarla yanaşı, əgər Paşinyan müharibə istəyirsə, biz onu təşkil edəcəyik və bu müharibə münaqişəni kökündən həll edəcək”.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual