Müharibənin böyüməsi Türkiyəyə sərf etmir
Yusif Nəzərli
01:34 18.05.2022
Siyasət
330
Ona görə Ankara ağıllı və təmkinli siyasət yürütmək zorundadır
"Finlandiya və İsveçin NATO-ya daxil olması Rusiya ilə Qərb arasındakı münaqişənin xərçəng kimi metastaz verməsinə gətirib çıxaracaq"
İsveç Xarici işlər naziri Ann Linde ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı müraciəti imzalayıb. İsveç hökuməti illərlə davam edən neytrallıqdan sonra quruma üzvlüklə bağlı qərar verib. Finlandiya parlamenti də NATO-ya üzvlüklə bağlı təklifə yekdilliklə səs verib. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel deyib ki, Aİ üzv ölkələrin müdafiə nazirləri Finlandiya və İsveçin hərbi alyansa daxil olmasını tam dəstəkləyəcək:
“Biz İsveç və Finlandiyanın NATO-ya daxil olmasını tam dəstəkləyəcəyik, çünki bu bizim birliyimizi möhkəmləndirəcək və bu, Şimali Atlantika Alyansını gücləndirəcək”. Borrel Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olmasına etiraz etməsinə də münasibət bildirib: “Ümid edirik, Alyans bu maneəni geridə qoyacaq”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə növbəti dəfə bildirib ki, rəsmi Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacaq. Çünki hər iki ölkə terror təşkilatlarının üzvlükdə şübhəli bilinən şəxslərinin Türkiyəyə ekstradisiya tələbini yerinə yetirməkdən imtina edib: “Terrorçuları bizə təhvil verməyəcəkləri ilə bağlı xəbərlər var. Bu iki ölkənin NATO-ya üzv olmasına "hə" deməyəcəyik”.
O əlavə edib ki, Finlandiya və İsveç nümayəndə heyətləri Ankaranı NATO-ya daxil olmaları ilə bağlı mövqeyini dəyişməyə əmin etmək üçün Türkiyəyə səfər etməkdən çəkinməməlidirlər. Ərdoğanın sözlərinə görə, Türkiyə ona qarşı sanksiyalar tətbiq edən ölkələrin quruma qəbulu ilə razılaşa bilməz. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Finlandiya və İsveçi hərbi bloka üzv olmağa məcbur edən ABŞ Rusiyanın əl-qolunu açır.
Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə açıqlamasında bildirib ki, NATO Nizamnaməsinin 10-cu maddəsinə əsasən, hər hansı ölkənin Alyansa üzv olması üçün təşkilat üzvləri yekdilliklə qərar qəbul etməlidir. Ekspert bildirib ki, Türkiyə özünün strateji tələblərindən irəli gələn duruşla Finlandiya və İsveçin NATO ailəsinə daxil olmasına qarşı mövqeni dilə gətirir:
“Ankara bildirir ki, Finlandiya və İsveç PKK-ya dəstək verir. Əslində isə daha dərin narahatlıqlar, tələblər, manevrlər gizlənir. Finlandiya və İsveçin NATO-ya daxil olması Rusiya ilə Qərb arasındakı münaqişənin xərçəng kimi metastaz verməsinə gətirib çıxaracaq. Elə bir tablo yaradılır ki, orada regional və beynəlxalq aktorlar üçün bitərəf və ya münaqişənin birbaşa iştirakçısı olmamaq mövqeyini nümayiş etdirmək üçün əsaslar öləziyir.
Münaqişənin böyüməsi Türkiyəyə sərf etmir. Ən azından NATO üzvü kimi onun üzərinə əlavə yük qoyulacaq. İllərdir Rusiya ilə formalaşdırılan isti münasibətlərin hərarəti soyuya bilər. Ancaq Türkiyə bütün senarilərə hazırlaşır və Rusiyanın təcavüzkar siyasətini pisləməklə yanaşı onunla münasibətləri tamamilə soyutmamaq xəttinə önəm verir”.
A.Kərimov vurğulayır ki, Türkiyə dövləti ağıllı və təmkinlidir, onun İsveç və Finlandiyaya dair baxışı Ankaraya manevr imkanları da qazandırır:
“Türkiyə danışıqlarda Qərbin Suriyaya dair siyasətinə redaktələr etmək tələbini irəli sürə bilər. Bununla da Finlandiya ilə İsveçin üzvlüyünə veto qoymayacağını bildirər.
Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlük arzusundan istifadə edərək öz coğrafiyasının həndəvərində Qərbin maraqlarını sıxışdırmağa çalışır.
Yəni “mənim ölkəmə təhdid yaradan bütün ünsürləri dəstəkləməkdən əl çək və ya məhdudlaşdır və mən də sən istədiyini edim” prinsipi işləyəcək.
Türkiyənin tələblərinin nə dərəcədə keçərli olacağı bəlli deyil. Xarici işlər naziri Mövlud Çavuşoğlunun bir açıqlaması isə diqqət çəkir: “NATO-nun genişlənməsinə qarşı deyilik, lakin terrora dəstəyi qəbul edə bilmərik”.
Əgər ortaq nöqtə tapılacaqsa, ən azından Türkiyə Finlandiya və İsveçə sığınan PKK terrorçularının ölkəyə gətirilməsinə nail ola bilər. Bu, 2023-cü il üçün gözlənilən prezident seçkilərində AKP-nin elektoratını genişləndirər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual