Növbəti təxribat planı işə düşür
Yusif Nəzərli
06:56 11.04.2023
Siyasət
409
Ermənistan itkin düşən əsgərlərimizi “kəşfiyyatçı” kimi təqdim etməyə çalışır
Ermənistan Müdafiə Nazirliyi Ordumuzun itkin düşən əsgərlərindən birinin saxlanılması ilə bağlı məlumat yayıb. Erməni tərəfi iddia edib ki, Azərbaycan Ordusunun əsgəri Zəngəzur (Sünik) vilayətinin Bnunis kəndinin yaxınlığında saxlanılıb. Kəndin rəhbəri Qor Ovannisyan deyib ki, azərbaycanlı əsgər kənd sakinlərindən birinin qapısını döyüb: “Qapını açan qadın dərhal hüquq-mühafizə orqanlarına müraciət edib”. Qeyd edək ki, ermənilərin yaydığı videoda “azərbaycanlı əsgər” olduğu bildirilən və “hərbi formada” təqdim edilən gəncin əynində hərbi forma yoxdur. Azərbaycanlının əsgər formasında olmamasına ermənilər bu cür izah verib: “Əsgər evlərdən birinə girib, çörək yeyib, həmin adamların evində paltar dəyişib, ev sahibinin pencəyini geyinib və gedib kənd dükanının qabağında oturub kart oynamağa başlayıb. Mağazanın yaxınlığında toplaşan kişilər isə onun nə erməni, nə də rus olduqlarını anlayıblar”. Göründüyü kimi, Ermənistan tərəfi bir-birinə zidd açıqlamalar verib. Hətta "ələ keçirdikləri" azərbaycanlı əsgərin "kəşfiyyatçı" olduğu da iddia olunub. Xatırladaq ki, Azərbaycan MN Naxçıvan Muxtar Respublikasında iki hərbi qulluqçunun itkin düşdüyü haqda məlumat yayıb.
Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Ermənistan mediası saxlanıldığı iddia etdikləri azərbaycanlı əsgərləri “kəşfiyyatçı” kimi təqdim etməyə çalışır. Halbuki onların kənd sakinləri tərəfindən saxlanıldığı deyilir: "Kəşfiyyatçı olsaydılar nəinki Zəngəzurdakı ermənilər, İrəvandakılar da gəlsəydi, mümkün olmazdı. Lakin Ermənistanın itkin düşən əsgərlərimizi “kəşfiyyatçı” kimi təqdim edərək, Azərbaycanın “təxribat planı” iddiaları üzərindən hərəkət edə biləcəkləri istisna deyil. Avropa İttifaqı missiyasını bölgəyə gətirəndən sonra İrəvan avropalılara “Azərbaycanın hücumu”nu nümayiş etdirmək üçün fürsət axtarırlar. Bu məsələdən də istifadə edə bilərlər. Azərbaycan tərəfinin rəsmi açıqlaması olmadığı müddətdə nəsə demək çətindir. Ən maraqlısı və gülüncü isə azərbaycanlı əsgərin erməninin evinə getdiyi, yemək yediyi, daha sonra kənd mağazasının qarşısında yaşlı ermənilərlə bir əl kart oynadığı iddiasıdır. Bircə kart oyununda bizim əsgərin, yoxsa ermənilərin qalib gəldiyini yazmayıblar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya