“Paşinyan hakimiyyəti daxili və xarici çağırışlara cavab verə bilmir”
Turan
15:06 31.07.2019
Siyasət
1104
Zaur Məmmədov:“Reallıq odur ki, Ermənistanda hansısa tərəqqi yalnız və yalnız Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həllindən sonra mümkündür”
Ermənistanın sabiq prezidenti Robert Koçaryan “Qolos Armenii” nəşrinə müsahibəsində deyib ki, indiki hakimiyyətin ömrü qısa olacaq və bu cür idarəetmə ilə hazırkı baş nazir ikinci dəfə seçilə bilməyəcək. Sabiq prezident bildirib ki, yüksək ehtimalla ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək: “Seçicilər populist siyasətçilərin boş vədlərindən təngə gəliblər və seçkilərdə bunu aydın ifadə edəcəklər”. Koçaryanın sözlərinə görə, Ermənistan müxalifətinin birləşməsi üçün çox əlverişli şərait yaranıb: “Hakimiyyətə qarşı çıxış edən müxalifətin müxtəlif mərkəzləri olacaq, lakin onların arasında fəal qarşılıqlı fəaliyyət yaranacaq”.
Sabiq prezidentin açıqlamalarını “Sherg.az”a dəyərləndirən Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, Koçaryanın Paşinyan haqqında dediklərində həqiqət var.
Lakin bu həqiqət ondan ibarətdir ki, nə Koçaryan-Sarkisyan, nə də Paşinyan hakimiyyəti daxili və xarici çağırışlara cavab verə bilir:
“İndi Paşinyanın etdiklərini vaxtı ilə Koçaryan və Sarkisyan eyniylə həyata keçirib. Reallıq odur ki, Ermənistanda hansısa tərəqqi yalnız və yalnız Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həllindən sonra mümkündür. Müəyyən dövlətlər və ya qüvvələr Ermənistanın arxasında dayana bilərlər. Amma dünyadakı iqtisadi böhran dövründə üç-beş ölkənin ac-susuz Ermənistanın yanında olması erməni xalqına müsbət heç nə vəd etmir”.
Analitikin fikrincə, Paşinyanın hakimiyyətə gəlməsindən 16 ay keçib və bu müddət ərzində xalq yavaş-yavaş eyforiyadan çıxmağa başlayıb:
“Müxalifət də məhz indiki zamanı gözləyirdi, ona görə də bir müddət passif dayanmışdılar. Fürsət gözləyirdilər ki, lazım olan məqamda hücuma keçsinlər. Koçaryan parlamentin müxalifətinə eyham vurur ki, onlar da “Qarabağ klanı”nın yanında olmalıdır. Əks halda parlament fraksiyasının öz sosial bazasını itirəcəyini iddia edir”.
Z.Məmmədovun sözlərinə görə, Paşinyanın uzun müddət hakimiyyətdə qalması sual altındadır:
“Baş nazir hökuməti devirdiyi küçə yürüşləri ilə siyasi hakimiyyətdən uzaqlaşa bilər. Amma Koçaryan-Sarkisyan cütlüyünün hansısa formada yenidən hakimiyyətə gəlməsi mümkünsüzdür. Koçaryan Bidzina İvanişvili kimi hakimiyyəti kölgədən idarə edə bilər. Çox güman ki, hökumətdə yeni simalar yer alacaq. Ümumilikdə isə Ermənistan daxilində baş verənlər Azərbaycan üçün vacibdir. Ona görə ki, Dağlıq Qarabağ münaqişəsi məhz İrəvan hökumətinin aqressiyası nəticəsində 30 ilə yaxındır davam etməkdədir.
Düşmən ölkədə cərəyan edən siyasi proseslər münaqişənin həllinə mənfi təsir edən ən böyük səbəblərdəndir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou