
Qərbin təhriki Ermənistanı yeni müharibəyə aparır
15:47 30.11.2024
Siyasət
546
Azərbaycanın itirəcəyi heç nə yoxdur
Son günlər Ermənistana silah yardımı intensivləşib. Fransa və Hindistanın ardınca indi də Yunanıstanın Ermənistana S-300 raket komplekslərini göndərəcəyi deyilir. İrəvanın xarici ölkələr tərəfindən intensiv silahlandırılması, sərhədə qoşun yığılması bu sualı aktivləşdirir: Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır? Ermənistanda revanşizm əhvali-ruhiyyəsinin olması sirr deyil. Fransa, Hindistan, İran, Yunanıstan kimi ölkələrin Ermənistanı silahlandırması fonunda isə bu proses daha da dərinləşir.
Politoloq Turan Rzayev isə hesab edir ki, Ermənistan nə hücum, nə də müdafiə müharibəsində Azərbaycanla bacara bilər. Onun sözlərinə görə, İrəvan silahlansa da, bu silahlardan istifadə edəcək kadr ehtiyatından məhrumdur:

"Digər tərəfdən, müharibə xərc tələb edir və Ermənistan iqtisadiyyatı yeni müharibəyə davamlı deyil. Ən önəmli faktor isə canlı qüvvədir. Ermənistan əhalisi Azərbaycan əhalisindən qatbaqat azdır. Yəni ehtimal səfərbərlik imkanları qeyri-bərabərdir. Belə olan təqdirdə Ermənistanın təkcə silah yardımına arxayın olub Azərbaycanla müharibəyə girməsi qeyri-real görünür. Deməli, ortada başqa səbəblər var. Ermənistan Fransa və digər ölkələrdən iqtisadi, diplomatik və hərbi yardım alır. Yəni bu yardımın qarşılığı olmalıdır. Buna görə də kiçikçaplı bir hərbi toqquşma ilə uğur qazanmağı hədəfləyir. Bu baxımdan Ermənistanın hərbi insidentə getməsi mümkündür. Qərb Ermənistanın regionda gərginliyi artırmasını istəyir. Çünki aydın görür ki, Fransa, həmçinin Avropa İttifaqı Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər, vəziyyət günü-gündən pisləşir, Rusiya irəliləyir. Buna görə də onlar Rusiyanın diqqətini başqa səmtə yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaqla qüvvəsini bölməyə çalışırlar".
Ekspertə görə, Paşinyan başa düşür ki, Bakının nə delimitasiya, nə konstitusiya islahatları, nə də sülh müqaviləsi ilə bağlı tələblərini yerinə yetirə bilir: "Daxildə ciddi təzyiq var. Buna görə də lokal gərginlik fonunda Bakının tələblərini qəbul edib, bunu öz istəyi ilə yox, Azərbaycanın diktəsi ilə etdiyini daxili auditoriyaya yeritmək istəyir. Bütün hallarda Qərbin təhriki və dəstəyi ilə Ermənistanın silahlanması Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə, kövrək sabitliyin pozulmasına və yeni müharibənin başlanmasına aparır. Amma Bakının sülhə inamı, təmkinli davranışı prosesin qarşısını ala bilər. Bu baş verməsə belə, Azərbaycanın itirəcəyi heç nə yoxdur. Elə və ya belə, sülh əldə ediləcək".
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Xəbər lenti
Hamısına bax
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm