Rəsmi Bakı Azərbaycan-BMT münasibətlərinə dair açıqlama yaydı
Yusif Nəzərli
08:44 02.03.2022
Siyasət
307
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün 30 illiyi ilə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir:
Azərbaycan Respublikası ərazilərinin silahlı təcavüzə məruz qalması dövrünə təsadüf edən BMT-yə üzvlüyünün ilk illərində bu mötəbər təşkilat tərəfindən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına qətiyyətli dəstək ifadə edilib.
Həmin mürəkkəb dövrdə işğalın yaratdığı ağır humanitar fəsadların aradan qaldırılması istiqamətində də BMT tərəfindən Azərbaycana əhəmiyyətli dəstək göstərilmişdir.
Təqribən 30 il sonra BMT Nizamnaməsini rəhbər tutaraq Azərbaycan Respublikası öz ərazilərini işğaldan azad etdi və hal-hazırda həmin ərazilərdə geniş miqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu işlərdə, o cümlədən ərazilərin minalar və digər partlayıcılardan təmizlənməsi, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli geri qayıdış hüququnun təmin edilməsi istiqamətində də Azərbaycan BMT və onun ixtisaslaşmış qurum və təsisatları ilə əməkdaşlığı davam etdirir.
Ötən üç onillik ərzində Azərbaycan özünü BMT-nin məsuliyyətli üzvü kimi sübut edib. BMT Nizamnaməsində əksini tapmış məqsəd və prinsiplərə nail olmaq istiqamətində öz dəyərli töhfələrini vermək üçün Azərbaycan Respublikası BMT-nin fəaliyyətinin hər üç istiqaməti – sülh və təhlükəsizlik, davamlı inkişaf və insan hüquqlarının qorunması və təşviqi üzrə qurumun fəaliyyətinə fəal şəkildə cəlb olunub. Təsadüfi deyildir ki, BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikası 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvü seçilib.
Azərbaycan BMT mandatı əsasında fəaliyyət göstərən sülhməramlı əməliyyatlara, 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyində əksini tapmış məqsədlərin icrasına, insan hüquqlarının qorunması və təşviqi sahəsində beynəlxalq fəaliyyətə və ənənəvi və yaranmaqda olan qlobal risk və təhdidlərə qarşı mübarizəyə dəyərli töhfələr verib.
COVID-19 pandemiyasının ortaya çıxdığı ilk vaxtlardan başlayaraq Azərbaycan Respublikası, Qoşulmama Hərəkatının sədri qismində BMT çərçivəsində pandemiyaya qarşı mübarizədə birgə məsuliyyət, gücləndirilmiş həmrəylik və beynəlxalq əməkdaşlığı təşviq edən qlobal əhəmiyyətli mühüm təşəbbüslərlə çıxış etmişdir. Azərbaycan Respublikası Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər əsasında baş tutmuş BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası, COVID-19 əleyhinə peyvəndlərə bərabər, ədalətli və universal əlçatanlığın təmin edilməsi mövzusunda 2021-ci il ərzində BMT-nin İnsan Hüquqları Şurası və Baş Assambleyasında qəbul edilmiş qətnamələr və pandemiyadan sonrakı qlobal bərpa məsələlərinə həsr olunan digər təşəbbüslər Azərbaycan Respublikasının bu istiqamətdə beynəlxalq əməkdaşlıqda mühüm və nümunəvi rol oynadığından xəbər verir.
Beynəlxalq hüququn və çoxtərəfliliyin sadiq müdafiəçisi olaraq Azərbaycan Respublikası, bundan sonra da BMT-nin etibarlı tərəfdaşı olmağa davam edəcək və beynəlxalq sülh və təhlükəsizliyə əlavə töhfələr vermək istiqamətində öz səylərini əsirgəməyəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniya rusiyalı diplomatı ölkədən çıxarır
18:16 27.07.2026
Dünya
Dələduzlar artıq "WhatsApp" üzərindən ov edir - EKSPERT RƏYİ
18:11 27.07.2026
Aktual
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya