Reytinqi düşür
Reytinqi düşür
Yusif Nəzərli
08:25 01.04.2023
Siyasət
615
Paşinyanın Qarabağ müharibəsindən sonra əvvəlki nüfuzu qalmayıb
Ölkədə millətçi kəsim "demokrat" hesab edilən baş naziri sevmir
“Lakin seçkilərə hələ 2 il var və ona qədər hadisələrin gedişatında ciddi dəyişikliklərin olması mümkündür"
Ermənistan Baş naziri Nikol Paşinyanın reytinqlərinin aşağı düşdüyü iddia olunur. Ermənistanın “Past” nəşri yazıb ki, ilin əvvəlindən bu yana iki dəfə “dərc olunmayan” sorğu keçirilib. Deyilənə görə, nəticələr hökuməti və xüsusilə Nikol Paşinyanı narahat edib. Bəzi sorğulara görə, Paşinyanın müsbət reytinqi 6 faiz azalıb, əvəzində mənfi reytinqi 17 faiz artıb. Nəşr iddia edib ki, yaxın vaxtlarda seçki olsa, seçicilərin ən azı 52 faizi Paşinyana və onun rəhbərlik etdiyi qüvvələrə səs verməyəcək. Məlumata görə, Paşinyan komanda yoldaşlarına parlamentdənkənar qüvvələrə resurslar yatırılması barədə təlimat verib. Ermənistan Parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov da diqqət çəkən açıqlamalar verib. O, yerli mediaya açıqlamasında deyib ki, Ermənistan rəhbərliyi fiaskoya uğrayıb: “Nikol Paşinyan və onun siyasi komandasının reytinqi tarixi minimuma çatıb. Hətta müharibədən sonra belə onun reytinqi indiki kimi aşağı deyildi".
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə deyib ki, Ermənistanda aparılan sosial sorğular iki istiqamətdədir. Professorun sözlərinə görə, sorğular həm qərbyönlü təşkilatlar, həm də rusyönümlü şirkətlər tərəfindən aparılır:
"Paşinyanın retinqinin aşağı olması ilə bağlı anket hazırlayanlar və onları tirajlayan media orqanları Rusiyaya meyilli olmaları ilə tanınır. Əsas məqsədləri Paşinyanın mövqelərinin zəiflədiyini göstərməklə İrəvanın siyasətinə təsir etməkdir. Xüsusən, Baş nazir Azərbaycanla sülh müqaviləsindən danışdıqda, nisbətən irəliyə doğru addımların atılmasından söz açdıqda dərhal bu mərkəzlər işə düşürlər. Paşinyan da peşəkar siyasətçi olmadığına görə, belə mərkəzlərin təşkil etdiyi "hücumdan" qorxuya düşür və fikirlərini dəyişir. Baş nazir real vəziyyəti görsə də, qərar qəbul etmək gücü yoxdur. Nəzərə alaq ki, dünya tarixində müharibəni uduzmağına rəğmən, yenidən hakimiyyətə gələn, səs toplayan yeganə şəxs məhz Nikol Paşinyandır. Rusiyaya yaxın mərkəzlər görürlər ki, Nikolu bu yolla göndərmək mümkün deyil. Ona görə də fərqli metodlara əl atırlar, sorğularla, reytinq cədvəlləri ilə ictimai rəyi dəyişməyə çalışırlar".
C.Nuriyevin fikrincə, anketləri təşkil edənlərin və onu həqiqət kimi gündəmə gətirənlərin məqsədi qarşıdakı seçkilərin nəticələrinə mümkün qədər təsir göstərməkdir: "Əksər ölkələr bu variantı öz maraqlarını gündəmə gətirmək üçün ortaya atırlar. Ancaq ümumən götürəndə Paşinyanın Qarabağ müharibəsindən sonra əvvəlki nüfuzu qalmayıb, qala da bilməz. Xüsusən, ölkədə millətçi kəsim "demokrat" hesab edilən Paşinyanı sevmirlər. Lakin seçkilərə hələ 2 il var və ona qədər hadisələrin gedişatında ciddi dəyişikliklərin olması mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə