Sarkisyan tarixi unutmamalıdır
Yusif Nəzərli
09:13 18.05.2022
Siyasət
354
"Biz ötən əsrin sonunda itirilən torpaqlarımızı qaytardığımız kimi 100 il bundan öncəkiləri də qaytaracağıq"
Ermənistanın üçüncü prezidenti, Xocalı soyqırımının əsas qatillərindən biri olan Serj Sarkisyan hələ də öz ampluasındadır. İrəvanda keçirilən aksiyada iştirak edən Sarkisyan “Qarabağın heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacağını” söyləyib. Hətta buna yüz faiz “əmin” olduğunu deyib. Sarkisyan İrəvan hökumətini müttəfiq Rusiyanın gücündən istifadə etməməkdə suçlayıb. Vurğulayıb ki, Moskva həmin öhdəlikləri yerinə yetirməyə hazırdır. Lakin bunun üçün Ermənistan rəhbərliyi düzgün addım atmalı, müqavilələrdə nəzərdə tutulan prosedurlara uyğun olaraq Kremlə müraciət etməlidir. O halda Rusiya öz öhdəliklərini yerinə yetirəcək: “Əminəm ki, Ermənistan 44 günlük müharibə zamanı prosedurlara uyğun olaraq Rusiyaya üz tutsaydı, biz bu gün tamam başqa vəziyyətdə olardıq”. Yəni, Sarkisyan və tərəfdaşları hələ də ümid edirlər ki, Rusiya onlara dəstək verəcək, Qarabağı geri alacaqlar.
Millət vəkili Sahib Alıyev deyib ki, Sarkisyan 44 günlük savaş zamanı nələrin baş verdiyini unudub:
“Sarkisyan və digərləri bir reallığı unutmamalıdır ki, əgər Azərbaycanın torpaq bütünlüyünü tanımamaq siyasəti yeritməkdə davam etsələr, biz ötən əsrin sonunda itirilən torpaqlarımızı qaytardığımız kimi 100 il bundan öncəkiləri də qaytaracağıq.
Son günlər davamlı olaraq Göyçənin Yuxarı Şorcasından Kəlbəcərin Zəylik kəndindəki mövqelərimizin atəşə tutulduğu haqda xəbərlər verilir. O yerin coğrafiyasını yaxşı bilən biri kimi deyirəm ki, Azərbaycan Ordusuna əmr verilsə, Yuxarı Şorca 5 dəqiqəyə düşməndən təmizlənər. Xatırladım ki, 1918-ci ilin xəritəsində həmin kəndin yerləşdiyi Göyçə gölünün şərq sahili
Ermənistanın yox, məhz Azərbaycanın tərkibində göstərilir. Yeri gəlmişkən, Qarabağdakı ermənilərin “hüqüq, azadlıq və status”larından dəm vuran Ermənistan rəhbərliyi Göycə, Zəngəzur, Dərələyəzdən didərgin salınan azərbaycanlıların hüquqları haqda nə düşünür? Əgər onlara elə gəlirsə ki, bu suallar heç vaxt rəsmi səviyyədə qarşılarında verilməyəcək, yenə də böyük səhv edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual