Teys: “Demokratiya Sammiti üçün ölkələrin seçimindəki ayrı-seçkilik Vaşinqtonun ciddi səhvidir”
Teys: “Demokratiya Sammiti üçün ölkələrin seçimindəki ayrı-seçkilik Vaşinqtonun ciddi səhvidir”
Yusif Nəzərli
09:21 25.03.2023
Siyasət
369
“Demokratiya Sammiti üçün ölkələrin seçimindəki ayrı-seçkilik siyasəti, Azərbaycan və Türkiyə kimi böyük irəliləyiş əldə etmiş bir sıra ölkələrin sammit iştirakçıları siyahısına daxil edilməməsi ABŞ-nin hazırkı administrasiyasının ciddi xarici siyasət səhvidir və Vaşinqtonun beynəlxalq siyasi təsirini daha da sarsıdır”.
Bunu “Report”a açıqlamasında amerikalı politoloq, beynəlxalq münasibətlər sahəsi üzrə ekspert Piter Teys deyib.
Onun sözlərinə görə, ABŞ-nin bundan əvvəlki heç bir administrasiyası ölkələrin sammitə dəvət edilməsində belə qərəzli təcrübəyə əl atmayıb:
“Martın 30-da keçiriləcək bu tədbirə dövlət institutları demokratiyadan uzaq və şəffaf olmayan Ermənistan dəvət olunub, amma demokratik təsisatlarını kifayət qədər gücləndirmiş iki suveren dövlət olan Türkiyə və Azərbaycan həyasızcasına görməzdən gəlinib”.
P.Teys vurğulayıb ki, Ağ Ev körpülər qurmaq üçün fürsəti var ikən hələ Barak Obama administrasiyası tərəfindən formalaşdırılan çox qeyri-diplomatik yolla gedir.
“Hazırkı administrasiya da bu ənənəyə sadiq qalır, sammitə müharibəyə təhrik edən, İran ayətullahlarının dəstəklədiyi və Azərbaycanla genişmiqyaslı silahlı toqquşmalar yaranması üçün əlindən gələni edən Ermənistan lideri Paşinyanı dəvət edir”, - amerikalı politoloq qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual