XİN: Bu iddialar Kanadanın Azərbaycana qarşı açıq qərəzli mövqeyinin göstəricisidir
Yusif Nəzərli
05:06 23.09.2024
Siyasət
332
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Kanada xarici işlər nazirinin bəyanatına cavab verib.
APA xəbər verir ki, A. Hacızadə Kanadanın xarici işlər naziri Melani Jolinin sentyabrın 22-də verdiyi bəyanatı qətiyyətlə pislədiklərini və tamamilə rədd etdiklərini bildirib.
“Kanadanın xarici işlər naziri beynəlxalq hüququn norma və prinsipləri əsasında 4 il əvvəl Ermənistanla Azərbaycan arasında münaqişənin bitdiyi regionumuzdakı reallıqlarla tanış olmaq əvəzinə, növbəti dəfə manipulyasiya və faktları təhrif etməklə məşğuldur. O həmçinin 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna və onun ərazimizdə dəstək verib saxladığı separatçı rejimə son qoyulduğu Qarabağ bölgəsi üzərində Azərbaycanın suverenliyinin tam bərpa olunması faktından da xəbərsizdir.”, - deyə A. Hacızadə bildirib.
O, Kanada xarici işlər nazirinin Qarabağ bölgəsi ilə bağlı Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan, separatizmi dəstəkləyən iddialarının Kanadanın xarici siyasətinin nə qədər “dahi” və “uzaqgörən” olduğunu nümayiş etdirdiyini bildirib.
A. Hacızadə bildirib ki, təəssüflər olsun ki, Kanada rəsmiləri Ermənistanın 30 ilə yaxın hərbi təcavüzü zamanı azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə, qırğınlar və bəşəriyyətə qarşı cinayətlər barədə susmaqla yanaşı, Azərbaycanın öz suveren ərazilərində heç bir mülki şəxsi hədəf almadan həyata keçirdiyi antiterror tədbirləri barədə erməni diasporu tərəfindən təbliğ olunan yalan rəvayətlər yayırlar.
“Kanadalı nazirin Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərindən olan 1 milyona yaxın məcburi köçkünün və Ermənistandan zorla deportasiya edilmiş şəxslərin vəziyyətinə və ayrılmaz hüquqlarına heç vaxt dəstək və maraq göstərmədiyi halda, regionda humanitar böhranla bağlı iddialar Kanadanın Azərbaycana qarşı açıq qərəzli mövqeyinin göstəricisidir.”, - deyə diplomat bildirib.
O həmçinin bildirib ki, Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur.
“Bir daha bildiririk ki, bu cür təxribatçı və qərəzli bəyanatlar regionun beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneədən başqa bir şey deyil.”, - deyə o bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm