
Yeni dünya nizamında bu təşkilata ehtiyac olmayacaq - AÇIQLAMA
02:41 29.11.2024
Siyasət
486
KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir
"KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi, çünki Ermənistana qarşı heç bir xarici təcavüz olmamışdı. Hər bir ölkənin təhlükəsizlik sahəsində nə edəcəyini özü seçmək hüququ var". Bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanda keçirilən sammitində iştirak etməməsinə münasibət bildirərkən deyib. Rusiya Prezidenti qeyd edib ki, Ermənistan təşkilatdan çıxdığını elan etməyib. Putin əlavə edib ki, İrəvanın KTMT-də tamhüquqlu işə qayıtması ehtimalı qalır və Ermənistan təşkilatın sammitinin bütün sənədlərini dəstəkləyir. Rusiya lideri hesab edir ki, Ermənistanın KTMT-yə hazırkı münasibətini daxili siyasi problemlər və Qarabağ mövzusu diktə edir. Prezident vurğulayıb ki, KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi, çünki bu halda Ermənistana qarşı heç bir xarici təcavüz olmamışdı. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib ki, Rusiyanın nüvə çətiri yenilənmiş doktrinaya əsasən ilk növbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərinə aiddir. O, yeni doktrinada həmçinin Belarusla bağlı əlavənin olduğunu söyləyib. Bildirib ki, Belarusa adi silahlarla hücum halında belə nüvə silahından istifadə ediləcək. KTMT-yə Rusiya, Belarusa, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir. Xatırladaq ki, Ermənistan KTMT-nin 28 noyabrda Astanada keçirilən növbəti zirvə toplantısında iştirakdan da imtina edib.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Ermənistan KTMT de-fakto çıxıb. Analitik bildirib ki, 30 il ərzində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) nəinki beynəlxalq müstəvidə, heç regional təşkilat kimi özünü doğrultmayıb:

"Rusiya bu təşkilata üzv ölkələrlə bərabərhüquqlu deyil, Moskvaya tabe etdirmək siyasəti apardı. Ona görə də üzv ölkələr təşkilatın inkişafında maraqlı olmadılar. Görüntü xatirinə bu təşkilatda qaldılar. Ümumiyyətlə, yeni dünya siyasi nizamında bu təşkilata ehtiyac olmayacaq. KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir. Bu iki üzv Rusiya-Ukrayna müharibəsində neytrallıq nümayiş etdirir. Ermənistana gəldikdə isə KTMT de-fakto fəaliyyətini dayandırıb. Gələn ildən de-yure bu təşkilatı tərk edə bilər. Artıq Ermənistan üçün KTMT öz aktuallığını itirib. Rusiya rəhbərliyi KTMT müasir siyasi və hərbi çağırışlara cavab vermədiyinin fərqindədir. Qazaxıstan və Qırğızıstan daha çox Türk Birliyi çərçivəsində hərbi təşkilatda maraqlıdır və Ankara ilə təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirir. Çünki Rusiya KTMT çərçivəsində bu iki ölkəni öz təsir dairəsində saxlamaq istəyir".
Analitikə görə, Rusiya nüvə çətirinin müttəfiq ölkələrə şamil edildiyini vurğulamaqla KTMT-nin nüvə çətiri olduğunu Qərbə mesaj verir: "Amma belə bir proses KTMT-ni inkişaf etdirməyəcək. Rusiya Ukraynada qalib gələrsə, yeni üzvlər cəlb etməklə, KTMT-ni NATO-ya alternativ edə bilər. Hazırda isə KTMT parçalanır və zəifləyir. KTMT-nin Ukrayna müharibəsində olmaması bu təşkilatın kağız üzərində fəaliyyət göstərdiyini nümayiş etdirdi. Rusiya Kursk uğrunda döyüşlərdə KTMT üzvlərindən yox, Şimali Koreyadan yardım aldı".
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Xəbər lenti
Hamısına bax
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm