Zaxarova Bakı ilə İrəvan arasında problemlərin həlli yollarını açıqladı - VİDEO
Yusif Nəzərli
15:07 30.03.2023
Siyasət
673
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması məsələlərində heç vaxt vasitəçi olmayan və heç bir praktiki nəticə əldə etməyənləri deyil, Bakı və İrəvanı eşitmək vacibdir.
Diplomat bunu News.ru portalının sualına cavab olaraq Ermənistandakı Aİ missiyasının rəhbəri Markus Ritterin məlum açıqlamalarını şərh edərkən bəyan edib.
“Tərəfləri eşitmək, dinləmək və iki ölkənin maraqlarına uyğun hərəkət etmək lazımdır. Biz başa düşürük ki, bəzən münasibətlərin həddindən artıq kəskinləşmə dövrləri olur. Amma tərəflər razılaşa bilərlər. Əsas odur ki, onlar üçün müvafiq baza yaradaq və bu qarşılıqlı anlaşmanı təşviq edək”, - Zaxarova bildirib.
Diplomatın fikrincə, Brüssel Ermənistanla Azərbaycan arasında etimad və yaxınlaşma yaratmaqda maraqlı deyil və “özlərinin düşünülmüş və vicdansız fəaliyyəti ilə” yalnız tərəflər arasında ziddiyyətləri alovlandırır.
Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında münasibətlərin yaxşılaşdırılmasının alternativsiz əsası Rusiyanın vasitəçiliyi ilə imzalanmış sənədlərdir.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistandakı Aİ missiyasının rəhbəri Markus Ritter “Deutsche Welle”yə müsahibəsində bildirmişdi ki, Azərbaycan yazda Ermənistana hücum etməsə, bu, müşahidə missiyasının uğuru sayılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə