Zurabişvili: “Gürcüstan Avropa yolunda real şansı əldən verməməlidir”
Yusif Nəzərli
10:05 26.05.2022
Siyasət
336
“Gürcüstan üçün Avropa yolunda tarixi imkan yaranıb. Bu yol qan tökmədən və qurbanlarsız mümkün olmayıb, əcdadlarımız tərəfindən salınıb”.
“Report”un yerli bürosu xəbər verir ki, bu fikirləri Gürcüstan Prezidenti Salome Zurabişvili Müstəqillik Günü münasibətilə Tbilisidə Azadlıq meydanında keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ümumi dəyərlər Gürcüstanı Avropa sivilizasiyası ilə çoxdandır bağlayır: “Biz və Avropa bu ənənələri davam etdirməliyik. Biz yaxşı anlamalıyıq ki, bu dəyərlərin qorunması diktə olunmuş iradənin yerinə yetirilməsi, milli identikliyin itirilməsi deyil, Avropaya yaxınlaşmaq özümüzə qayıdışdır. Bu gün yaranmış real şansı əldən versək, nə əcdadlarımız, nə də gələcək nəsil bunu bizə bağışlayar”.
Dövlət başçısı bu gün Gürcüstan qarşısında yeni vəzifələrin durduğunu qeyd edərək onların yerinə yetirilməsi üçün ilk növbədə birlik və uzaqgörənliyin tələb olunduğunu deyib.
Daha sonra çıxış edən Baş nazir İrakli Qaribaşvili deyib ki, Gürcüstanın əsas məqsədi müasir Avropa dövləti qurmaqdır: “Builki Müstəqillik Günümüz xüsusi tarixi anda qeyd edilir. Martın 3-də Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd ölkə olması üçün müraciət imzalamışam. Bu, Gürcüstan tarixində tamamilə yeni mərhələnin başlanğıcı olub”.
Hökumət başçısı qeyd edib ki, qısa vaxt ərzində Gürcüstanda Avropa İttifaqına yaxınlaşmaq üçün bir sıra mühüm addımlar və islahatlar həyata keçirilib.
İ.Qaribaşvilinin sözlərinə görə, qlobal çağırışlara baxmayaraq, Gürcüstanda sabitlik və inkişaf hökm sürür: “Gürcüstan Avropa İttifaqının etibralı tərəfdaşıdır. Ölkəmiz İttifaqın tərəfdaşları arasında lider mövqeləri tutur. Biz Avropa İttifaqından ədalətli qərar gözləyirik”.
Parlament sədri Şalva Papuaşvili, müdafiə naziri Cuanşer Burçuladze də çıxış edərək Müstəqillik Gününün əhəmiyyətindən danışıblar, xalqı və xaricdə yaşayan gürcüləri bayram münasibətilə təbrik ediblər.
Çıxışlardan sonra Müstəqillik Gününün qeyd olunduğu son 31 il ərzində ilk dəfə olaraq Avropa İttifaqının (Aİ) himni səsləndirilib, helikopterlər Gürcüstan və Aİ bayraqları ilə Tbilisi səmasında uçuşlar yerinə yetiriblər.
Mərasimdə hökumət üzvləri, parlament, diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və digər rəsmi şəxslər iştirak ediblər. Azadlıq meydanında ilk olaraq Gürcüstanın Müdafiə Qüvvələrinin hərbçiləri, xüsusi təyinatlılar, ABŞ hərbçiləri, hərbi məktəblərin kursantları marşla yürüş ediblər. Uşaq xoru Gürcüstan himnini ifa etdikdən sonra ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca hərbi xidmətə çağırılanların ölkə üzrə andiçmə mərasimi baş tutub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat