Dekabrın 15-də pensiyalar tam ödəniləcək

Regionlar üzrə pensiyaların dekabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.