2026-ci ilə kimi 137 min müəllim sertifikatlaşdırmadan keçəcək.
Bunu elm və təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, hazırkı müddətə kimi müəllimlərdən 40 min nəfəri (29 faiz) sertifikatlaşdırmaya cəlb olunub:
“32 min nəfərin əmək haqqına əlavələr edilib. 24 min nəfərdə 10 faiz, səkkiz min nəfərdə isə 35 faiz əlavələr olunub”.
Nazir qeyd edib ki, hər üç müəllimdən biri 2023-cü ilin sertifikatlaşdırmasından sonra 1000 manat və daha çox əmək haqqı alır:
“28 min müəllim 500 manata qədər, 59 min müəllim 500-1000 manat, 34 min müəllim 1000-1500 manat, yeddi min müəllim 1500-2000 manat, 950 müəllim 2000 manatdan yuxarı əməkhaqqı alır”.