Pessimizm: Neqativ düşüncələr niyə yaranır?

Bizim mədəniyyətimizdə çox xoşbəxt olduğumuz zaman “mütləq başımıza pis bir şey gələcək” deyə düşünmək çox geniş yayılıb. 

Çoxumuz bunun xurafat olduğunu bilirik. Amma araşdırmalar göstərir ki, belə düşüncələr bir çox insanlar üçün əsl problemdir.

Məsələ ilə bağlı Psixoloq "Sherg.az"a danışan psixoloq Aytəkin Məmmədova bildirib ki,belə insanların çoxu həyatlarında neqativ hadisələr yaşayanlardır:

"Ona görə də düşünürlər ki, çox gülürəm mütləq başıma iş gələcək. Bu bir növ inanclarla əlaqəlidir. Əlavə olaraq bu tip şəxslərin pessimist səviyyələri daha yüksək olur. Bu kimi hisslərdən qurtulmaq üçün isə dəqiq səbəblər araşdırılmalıdır. Bu ola bilsin ki, keçmiş hadisələrin həmin insanda travmatik şəkildə davam etməsi ilə bağlı ola bilər. Bir sözlə,bu faktorları tapıb ara düşüncələri yenidən formalaşdıraraq ortadan qaldırmaq olar".