
Biz bilmirik o sürücünün məqsədi nə olub -RƏYLƏR
08:35 30.04.2025
Sosial
312
“Bu qızlara qədər o maşına daha kimlər əyləşib və daha nə olub. Məlumatları gizlətmək insanın taleyinə ciddi təsir göstərə bilər, gec olar. Məsələ polisin nəzarətindədir, hüquq-mühafizə orqanları araşdırmanı davam etdirir”
Ölkə 2 yeniyetmənin itib-tapılmasıyla silkələnir. Bir neçə gün əvvəl itkin düşmələri haqqında məlumat verilmiş dayıqızı-bibiqızı hüquq-mühafizə orqanlarının səriştəsi sayəsində tapıldılar. Belə məlum oldu ki, qızlar ailədə onlara tətbiq edilən sərt qaydalardan bezib evlərini tərk etmək qərarı veriblər. İtkin qızlardan birinin atasının “qızımı 9-cu sinifdən çıxarmışam, telefonu da yox idi, heç kimlə danışmırdı, bütün günü evdə olurdu, mağazaya da göndərmirdik”, söyləməsinə ictimaiyyətdən kəskin reaksiyalar verildi. Bu, başqa bir mövzudur, amma ötəri də olsa cəmiyyətin düşünməsi üçün sual tipli tapşırıq təqdim edək; Ata niyə qızını 9-cu sinifdən çıxarıb, ata – atalar, analar niyə məktəbi “qorxulu”, telefonu “təhlükəli” hesab edirlər, səbəbsiz deyil yəqin ki. Bu səbəblərə, vəziyyətin bu həddə çatmasına real nəzər salsaq, ümid etmək olar ki, təhsilimizin hazırkı səviyyəsi və məktəblərdəki durum, ümumən cəmiyyətin halı aydın görünəcək. Bunu da unutmayaq, heç də hamı savadlı, elmli, yüksək təfəkkür sahibi deyil. Valideyni övladını evə qapatdığına görə tənqid etməkdən əvvəl buna aparan səbəbləri üzə çıxarmalıyıq.
Digər mühüm əhəmiyyət kəsb edən məsələ itkin qızlar haqqında hər növ informasiyanın yayılması, yenə də “layk”, “baxış sayı”, “reytinq” xətrinə bəzi yayımçıların qanuna zidd olaraq şəxsi məlumatları yayması, qızlar barədə konfedensial məlumatları tam açıq təqdim etmələridir. Bu “reytinq ovçuları” 2 gənc qızın gələcək talelərinə ailələrindən də betər balta çalanlardır.
Azərbaycan Uşaqlar Birliyinin sədri və Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə Sherg.az-a açıqlamasında qeyd etdi ki, qızlar sığınacağa yerləşdirilib:

- Qızlar tapılıb. Sənədləşmə işləri aparılır və təhlükəsizlik baxımından, eləcə də reabilitasiya üçün sığınacağa gətiriliblər. İlkin məlumatlara görə, sürücü qızları evində gizlədib. Neçə gündür Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin bir qrup əməliyyatçıları onun izinə düşərək tapıb. Biz bilmirik o sürücünün məqsədi nə olub. Bu qızlara qədər o maşına daha kimlər əyləşib və daha nə olub. Məlumatları gizlətmək insanın taleyinə ciddi təsir göstərə bilər, gec olar. Məsələ polisin nəzarətindədir, hüquq-mühafizə orqanları araşdırmanı davam etdirir.
K.Ağazadə qızlar barədə açıq məlumatlar yayan media nümayəndələrinin məsuliyyətə cəlb edilməli olduğunu dedi:
- Zorakılığa məruz qalan uşaqların müdafiəyə və dəstəyə ehtiyacı var, onların həyatı ictimaiyyət qarşısında ifşa edilməməlidir. Onların şəkillərinin, şəxsi məlumatlarının və hadisə detallarının yayılması onların ikinci dəfə travmatizasiyasına səbəb olur və şəxsi həyat hüququnun kobud şəkildə pozulması deməkdir. Belə addımlar təkcə peşə etikası pozuntusu deyil, həm də qanun pozuntusudur.
“Ümidli gələcək” Gənclər Təşkilatının sədri Kəmalə Seyidova da qızların taleyi ilə oynayanları qınayıb:
- Uşağın hüquqları sensasiyadan üstün olmalıdır. Bu gün biz uşaqların hüquqlarının açıq şəkildə pozulmasının şahidi olduq. Mətbuatda evdən qaçmış və zorakılığa məruz qalmış qızlar haqqında məlumat yayıldı. Onların ləyaqətini və təhlükəsizliyini qorumaq əvəzinə, bəzi media nümayəndələri zərərçəkmişlərin, ailələrinin və hətta şübhəli şəxsin şəxsi məlumatlarını açıqladılar. Uşaqların üz görüntüləri yayımlandı, ünvanlar və hadisənin digər təfərrüatları ictimailəşdirildi ki, bu da uşağın hüquqlarının qorunması prinsiplərinə tamamilə ziddir. Bu haqda tək mən deyil, həm də uşaqlarla sığınacaqda çalışan həmkarlarım Kəmalə Ağazadə və Mehriban Zeynalova mənimlə bərabər mütəmadi bu məsələni vurğulasalar da, yenə də faktlar təkrarlanır. Biz uşaqların hüquqlarını pozan media və jurnalistlərə qarşı qanunvericiliyin sərtləşdirilməsini təmin etməyə, cəmiyyətə və ailələrə — hər bir uşağın hekayəsinə hörmətlə yanaşmağa və şəxsi məlumatların paylaşılmamasına diqqət yetirməyə çağırırıq. Əsas məsələ, uşaqların reabilitasiyası, rifahlarının bərpası və zorakılığı törədənlərin məsuliyyətə cəlb edilməsi olmalıdır. Unutmamalıyıq ki, bütün bu ağır təcrübələrdən sonra uşaqlar ailələrinə, evlərinə, yaşadıqları cəmiyyətə qayıdacaqlar. Onların gələcək həyatı bizim bu gün onlara necə yanaşmağımızdan asılıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm