Faiq Ələkbərli: Xarici ölkələrdən elm adamları həmişə ölkəmizə dəvət olunub
07:50 13.12.2024
Sosial
568
Nazir bürokratik əngəl dedikdə, çox güman ki, sovet dövründən qalan sənədləşdirmə işlərinin uzunluğundan bəhs edir
Azərbaycanlı alimlərin dünya elminə inteqrasiya olunması, dünyanın aparıcı alimlərinin Azərbaycana gəlməsi, burada elmi tədqiqatlara cəlb olunması prioritet istiqamətdir. Bu barədə Elm və Ali Təhsilin Beynəlmilləşməsi Forumunda çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, əgər xaricdən hər hansı tədqiqatçını Azərbaycana alim və ya professor kimi dəvət ediriksə, onun bizim qaydalara uyğun olaraq prosedurlardan keçməsi çətindir: “Loru dildə desək, özünə hörmət edən alim bu prosedurlardan keçmək istəmir, yaxud keçmir. Əgər biz həmin alimləri Azərbaycanda görmək istəyiriksə, o zaman mövcud prosedurlara mütləq yenidən baxmalıyıq”.
E.Əmrullayev vurğulayıb ki, bir çox hallarda tədqiqatçı və alimlər üçün bürokratik proseslər o qədər də asan deyil.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli isə “Sherg.az”a açıqlamasında deyib ki, xarici ölkələrdən elm adamlarının, tədqiqatçıların ölkəmizə dəvət olunması ənənəvi bir prosesdir:
“Sadəcə, müasir dövrdə yox, hətta 20-ci əsrin əvvəllərində, xüsusən də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Osmanlıdan, keçmiş çar Rusiyasının müxtəlif ərazilərinin tanınan, bilinən elm adamları Azərbaycana dəvət olunurdu. Ölkəmiz müstəqillik qazandıqdan sonra da bu proses davam edir. Türkiyədən, Avropa ölkələrindən kifayət qədər tədqiqatçılar gəlir. Gələn qonaqların bizim qaydalara uyğun olaraq prosedurlardan keçməsinə gəldikdə isə elm və təhsil nazirinin konkret olaraq nədən bəhs etdiyini deyə bilmərəm. Çox güman ki, söhbət sovet dövründən qalan sənədləşdirmə işlərinin uzunluğundan bəhs edir. Çünki bu sahədə, həqiqətən də, başağrısı verəcək, insanı bezdirəcək qədər çox sənədlər istənilir, yoxlama prosesi uzun çəkir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nəsimi "Qurtuluş"dan getməsindən danışdı
21:06 19.01.2026
Gündəm
Ərdoğan Suriya prezidentini atəşkəs münasibətilə təbrik edib
20:49 19.01.2026
Dünya
İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
20:27 19.01.2026
Rəsmi
Suraxanıda 9 kq narkotik aşkarlandı
20:10 19.01.2026
Hadisə
Mingəçevirdə 44 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
19:32 19.01.2026
Hadisə
İran bu həftə internetə çıxışı tam bərpa edəcək
19:23 19.01.2026
Region
Erməni Kilsəsinin episkoplar iclası Avstriyada keçiriləcək
19:01 19.01.2026
Cənubi Qafqaz
Bu tarixdə metro saat 1-ə kimi işləyəcək
18:53 19.01.2026
Cəmiyyət
“Ayntraxt”ın rəsmisi: “Bakıya qalib gəlmək üçün gedirik“
18:37 19.01.2026
Dünya
10 il axtarıldı, 1 kilometr aralıda tapıldı: Bin Ladenin son qalası
18:33 19.01.2026
Dünya
İranda 19 yaşlı futbolçu edam edilə bilər
18:26 19.01.2026
Dünya
“Dünya təhlükəli yola girib” - Səxavət Məmməd
18:18 19.01.2026
Dünya
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
18:13 19.01.2026
Gündəm