Nazirlik: Bölgələrə təyinat alan həkimlər üçün stimullaşdırıcı tədbirlər gücləndirilməlidir
08:03 29.04.2025
Sosial
280
“Nazirlər Kabinetinin 330 nömrəli qərarı var. Rezidenturanı dövlət sifarişi əsasında təhsil alıb bitirən məzunlar dövlət müəssisələrində 3 il işləmək üçün göndərilir”.
Sherg.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova deyib.
O bildirib ki, bununla bağlı əmək müqaviləsi bağlanır: “Rezidentura məzunlarının hamısına təyinat verilir. Lakin bu məsələdə bir qədər problemlərlə qarşılaşırıq. Həkim-mütəxəssislər bəzən təyinat yerlərinə getmir, bəziləri isə gedəndən sonra orada uzun müddət qalıb işləmir. Vakansiyalar isə, əsasən, bölgələrdədir. Burada çətinliklərlə qarşılaşırıq. Nazirlər Kabinetinin qərarında stimullaşdırıcı tədbirlər olsa da, bu qərara dəyişiklik, stimullaşdırıcı tədbirlərin gücləndirilməsi məsələsinə baxılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm