
Psixoloq: Bullinq törədənlər şüuraltı zəifləri seçir
10:07 01.05.2025
Sosial
929
Masallı rayonu Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta ümumtəhsil məktəbində IX sinif şagirdləri arasında mübahisə yaranıb.
Bu barədə APA-nın cənub bürosuna Lənkəran-Astara egional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, mübahisə zamanı şagirdlərdən biri xəsarət alıb. Zərərçəkmiş məktəbli xəstəxanaya aparılıb, ona müvafiq tibbi yardım göstərilib.
"Stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək məqsədilə müvafiq profilaktik tədbirlər həyata keçirilir. Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və regional təhsil idarəsi tərəfindən izlənilir. Məktəblilərin valideynləri də təhsil müəssisəsinə dəvət edilib, onlarla maarifləndirici görüş keçirilib.
Qeyd edirik ki, məktəb rəhbərliyi və prosesə cəlb olunmuş aidiyyəti qurumlar tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır", - məlumatda qeyd olunub.
Psixoloq Samirə Bağırova Sherg.az-a bildirib ki, məktəb həm də rəqabətin başladığı duyğuların ilk sınaq məkanıdır:

“Ən çox bullinqə məruz qalan qurbanlar asosial, özünü müdafiə etməyi bacarmayan, ətrafa uyğunlaşa bilməyən, özünə qapanan, qorxaq şagirdlər olsa da, bəzi hadisələr göstərir ki, bəzən bullinq tətbiq edən özü, sonra qurbana çevrilə bilir. Bullinq törədənlər şüuraltı zəifləri seçir. Amma zəif bildiyi qurbanın da, səbri tükənə və zorakılıq tətbiq etmək məcburiyyətində qala bilir. Əsas fiqur bullinqi törədən, yaxud qurbana çevrilən şagird deyil, onların arxasında dayanan valideynlərdədir. Bir şagird özünü müdafiə etməyi bacarmırsa, yaxud bullinqə meyillidirsə, demək ki, ailə daxilində problemlər yaşanılır. Zorakılıq tətbiq edən, ailədən gələn daxili gizli aqresiyasını qurban üzərində tətbiq edir, qurban isə susmaqla, acizlik nümayiş etdirməklə daha çox bullinqə məruz qalmasına şans yaradır. Bu da o deməkdir ki, ya çox danlanan, qüsurları daha çox üzünə vurulan, tez- tez qorxudulan avtoritar, ya da aşırı nəzarətçi ailə modelində böyüyür. Hər bir halda bullinq törədən şəxs yaşına uyğun şəkildə cəzalanmalıdır. Çünki adətən bullinq törədən çox zaman peşmanlıq hissi keçirmir, cəzalanmadığı təqdirdə, əksinə uzun müddət məmnunluğunu ətrafa nümayiş etdirir və digər qurbanların “ gözünün odunu almış “ olur. Hüquq- mühafizə orqanları belə məsələlərdə bullinq törədənlərin valideynlərini cəzalandırmalı, zorakılıq tətbiq edən isə məktəbdən uzaqlaşdırılaraq təhsil məkanı dəyişdirilməlidir. Etdiyi davranışın bədəlini ödətdirmək, insan yetişdirməkdir. Xəstəxanalıq olan vəziyyət isə artıq cinayətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Deportivo" Anhelinyonu "Roma"dan icarəyə götürüb
12:57 06.08.2026
Futbol
Ərdoğan MTŞ-də Cənubi Qafqazı müzakirə edəcək
12:42 06.08.2026
Gündəm
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
12:39 06.08.2026
Cəmiyyət
İsmayıllıda 7 yaşlı uşaq qıcolmadan ölüb
12:27 06.08.2026
Hadisə
İsrail ordusu Livanın cənubuna zərbələr endirdi
12:11 06.08.2026
Dünya
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya
İtaliyada qadın bir milyon avroluq bileti səhvən zibilliyə atdı
10:11 06.08.2026
Dünya
Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda
09:57 06.08.2026
Dünya
10 il gizlənən FETÖ üzvü ifadə verdi
09:39 06.08.2026
Region
Neft ucuzlaşmağa davam edir
09:31 06.08.2026
İqtisadiyyat